Yuxarı

Cabbarov italiyalı səfirlə Orta Dəhlizi müzakirə etdi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cabbarov italiyalı səfirlə Orta Dəhlizi müzakirə etdi

Azərbaycan İtaliya ilə Orta Dəhlizin inkişafı və bu çərçivədə əməkdaşlığın perspektivlərini müzakirə edib.

Axar.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, müzakirələr nazir Mikayıl Cabbarov ilə İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko arasında görüş zamanı baş tutub.

Görüşdə ölkələr arasında digər sahələrdə olduğu kimi, iqtisadi-ticarət əməkdaşlığının dinamik surətdə inkişaf etməsindən məmnunluq ifadə olunub. Azərbaycan ilə İtaliya arasında əlaqələrin xüsusilə enerji sahəsindən başlandığı, sonra müxtəlif sahələri, o cümlədən informasiya-kommunikasiya texnologiyaları, nəqliyyat, kənd-təsərrüfatı, “yaşıl” enerji və digər sahələri əhatə etdiyi bildirilib.

Tərəflər ölkələrin səmərəli əməkdaşlığının gücləndirilməsi üçün birgə təşəbbüslərin dəstəklənməsinin vacibliyini, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa-quruculuq işlərində əməkdaşlıq potensialını vurğulayıblar.

Tarix
2024.07.16 / 19:35
Müəllif
Axar.az
Digər xəbərlər

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla