Yuxarı

Evlərin kreditlə satışı da qadağan olundu

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Evlərin kreditlə satışı da qadağan olundu

Bakıda mənzillərin kreditlə satışına müəyyən məhdudiyyətlər tətbiq edilməyə başlanıb.

"Axar.az" "AzVision.az"a istinadən məlumat verir ki, Mərkəzi Bankın kreditlərlə bağlı qəbul etdiyi qadağa əmlak bazarından da yan keçməyib. Mərkəzi Bankın müvafiq göstərişinə əsasən, kreditlə mənzil almaq istəyən şəxslər bundan sonra təkcə yaşayış yerindən arayış deyil, iş yerindən də arayış təqim etməlidirlər.

İlkin ehtimallara görə, kreditlə mənzil almaq üçün rəsmi arayışda qeyd olunan aylıq əməkhaqqı isə minimum 600-700 manat təşkil etməlidir.

Əməkdaşımız kredit qadağası ilə əlaqədar bir neçə tikinti şirkəti ilə əlaqə saxlayıb. Özəl tikinti şirkətləri sözügedən qadağanın artıq bir həftədir qüvvədə olduğunu bildiriblər. Onlar bu barədə Mərkəzi Bankdan göstəriş aldıqları qeyd edirlər.

Şirkət təmsilçiləri həmçinin müvafiq qadağanın onların işinə mənfi təsir göstərəcəyindən narahatdırlar.

Ekspertlər hesab edirlər ki, Mərkəzi Bankın qərarı mənzil satışının xeyli aşağı düşməsinə gətirib çıxaracaq. Çünki, mənzil alıcılarının böyük əksəriyyəti maaş sistemi əsasında fəaliyyət göstərmirlər. Daha çox özəl biznes və şəxsi təsərrüfat sahələrində çalışanlar yeni tikililərdən kreditlə mənzil almağa üstünlük verirılər. Yüksək maaş alan şəxslər isə daha çox ipoteka kreditlərindən yararlanırlar.

Bu baxımdan Mərkəzi Bankın kredit qadağasının əmlak bazarına mənfi təsir edəcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, indiyədək əksər yerli tikinti şirkətləri mənzillərin kreditlə satışını daxili sənədləşmə əsasında həyata keçirirdilər. İş yerindən arayış isə tələb olunmurdu. Sənədləşmə minimumum 25 faiz ilkin ödəniş və tək şəxsiyyət vəsiqəsi ilə aparılırdı.

Tarix
2014.02.12 / 09:50
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevlə Ərdoğan Antalyada bunu nümayiş etdirdilər - Yılmaz

Yeni Konstitusiyanın qəbulu Ulu Öndərin adı ilə bağlıdır

Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım etdi

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla