Yuxarı

Rusiyada Aİ-95 bahalaşdı: Azərbaycana təsir edəcək?

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyada Aİ-95 bahalaşdı: Azərbaycana təsir edəcək?

Azərbaycan əvvəllər Rusiyadan Aİ-95 markalı yanacaq idxal edirdi, amma bu gün özümüz istehsal edirik.

Bu sözləri Axar.az-a iqtisadçı Rəşad Həsənov Rusiyada Aİ-95 markalı yanacağın bahalaşmasının Azərbaycana mümkün təsirlərindən danışarkən deyib.

O bildirib ki, Rusiyada qiymətlərin artmasını şərtləndirən əsas faktor Ukrayna müharibəsinin yaratdığı şəraitlə bağlıdır:

“Ukraynanın neft emalı zavodlarına zərbələri Rusiyada benzin istehsalına ciddi təsir edir, qıtlıq yaranır və bu da qiymətlərin artmasına səbəb olur. Hazırda Rusiyadan Azərbaycana Aİ-95 ixrac edilmədiyi üçün hər hansı təsirdən söhbət gedə bilməz. Onu da nəzərə almaq lazımdır ki, bu kimi hallarda bəzən vətəndaşlar öz avtomobilləri ilə quru sərhəddən digər ölkəyə keçərkən mövcud imkanlardan faydalanmağa çalışırlar. Quru sərhədlərinin bağlı olması faktorunu da nəzərə alsaq, düşünmürəm ki, Rusiya bazarlarında qiymət dəyişikliyinin Azərbaycana təsiri olsun”.

Tarix
2024.07.23 / 08:30
Müəllif
Aytac Araz
Digər xəbərlər

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla