Yuxarı

Azərbaycanın dövlət borcu 28 milyardı ötəcək

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanın dövlət borcu 28 milyardı ötəcək

2025-ci ilin yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcunun 5 milyard 214,4 milyon ABŞ dolları, daxili dövlət borcunun isə 19 milyard 310,8 milyon manat olmaqla ümumi dövlət borcunun 28 milyard 175,2 milyon manat təşkil edəcəyi gözlənilir.

Axar.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin ilin sonuna olan gözləntiləri ilə bağlı arayışında deyilir.

Gələn ilin əvvəlinə xarici dövlət borcunun 49,1%-inin 5 ilədək, 44,7%-inin 5-10 il ərzində, 6,2%-inin isə 10 ildən artıq müddətə kreditorlara ödənilməsi gözlənilir.

Xarici dövlət borcu üzrə yeni cəlb olunacaq borc öhdəliklərinin 10 ilədək müddətə təqribən müvafiq istinad dərəcəsi üstəgəl 0,8 faiz dərəcəsi ilə, 10-20 illik müvafiq istinad dərəcəsi üstəgəl 1 faiz dərəcəsi ilə, 20 ildən artıq müddətə isə müvafiq istinad dərəcəsi üstəgəl 1,2 faiz dərəcəsi ilə cəlb olunması nəzərdə tutulur.

2025-ci ilin yanvarın 1-nə daxili dövlət borcunun 53%-ini daxili maliyyə bazarlarında emissiya olunmuş dövlət istiqrazları təşkil edəcəkdir. İlin sonuna dövriyyədə olan dövlət istiqrazlarının 19,5%-i 1 illik, 72,6%-i 2-3 illik, 7,9%-i isə 5-7 illik istiqrazların payına düşməsi proqnozlaşdırılır.

Tarix
2024.07.29 / 22:08
Müəllif
Axar.az
Digər xəbərlər

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla