Yuxarı

Dünya Bankı Azərbaycan üçün 150 milyon dollar ayırdı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünya Bankı Azərbaycan üçün 150 milyon dollar ayırdı

Dünya Bankının İcraçı Direktorlar Şurası Azərbaycanda Məşğulluğa Dəstək Layihəsinin (AESP) genişləndirilməsi üçün 150 milyon ABŞ dolları məbləğində əlavə maliyyələşdirməni təsdiqləyib.

Axar.az Report-a istinadla xəbər verir ki, məqsəd məcburi köçkünlərə, qadınlara, gənclərə və uzunmüddətli işsizlərə xüsusi diqqət yetirməklə onların özünüməşğulluq imkanlarını təşviq etməkdir.

“Son 3 ildə 5 mindən çoxu qadın olmaqla 15 min şəxs öz bizneslərinə başlamaq üçün bu aktivlərdən yararlanıb. Qiymətləndirmələrə əsasən, AESP iştirakçılarının 70%-dən çoxu layihə tərəfindən təmin edilən aktivləri aldıqdan 24 ay sonra da işlərini davam etdiriblər. Bu uğura əsaslanaraq, bu gün təsdiqlənmiş maliyyələşdirmə mövcud məşğulluq proqramlarını və xidmətlərini genişləndirəcək və daha çox insana xidmət edəcək və AESP çərçivəsində biznesin davamlılığını təşviq etmək üçün uyğunlaşdıracaq və pilot olaraq sınaqdan keçirəcək”, - bankdan bildirilib.

Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Steffi Stallmeister qeyd edib ki, Azərbaycan həssas qruplar üçün əmək bazarını yaxşılaşdırmaq səyləri göstərir:

“Ancaq uyğunsuzluqlar, yüksək qeyri-rəsmi məşğulluq və qadınlar arasında yüksək işsizlik kimi problemlər hələ də qalmaqdadır. Bu layihə ölkədə daha inklüziv, özəl sektorun liderlik etdiyi iqtisadi artımı təmin etmək üçün əsas olan bu problemlərin həllinə kömək edir”.

Tarix
2024.07.30 / 12:12
Müəllif
Axar.az
Digər xəbərlər

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla