Yuxarı

MB-nin qərarı: Kredit faizləri ucuzlaşacaq?

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
MB-nin qərarı: Kredit faizləri ucuzlaşacaq?

Mərkəzi Bankın qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb. Qərar bu gündən qüvvəyə minib.

Axar.az xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, uçot dərəcəsinin stabil saxlanılması inflyasiya meyillərinin hədəf diapazonu daxilində formalaşması və təbii ki, makro-iqtisadi stabilliyin qorunması ilə bağlıdır:

“2023-cü ilin noyabr ayından başlayaraq Mərkəzi Bank uçot faiz dərəcəsini azaldılması ilə bağlı qərarlar qəbul edib. Noyabrın 2-də faiz dərəcəsini 9-dən 8.5 faizə endirən Mərkəz Bank ötən ilin son ayında da əlavə 0.5 faizlik azalmaya getmişdi. 2024-cü ilin əvvəlində eyni yanaşma davam etdirilsə də proses artıq stabilləşmə fazasına daxil olub.

Makro-iqtisadi stabillik və istehlak bazarındakı mövcud qiymət səviyyəsi bu qərara zəmin yaratsa da, inflyasiya proqnozunun hədəf diapazonu daxilində yenilənməsi manatın nominal effektiv məzənnəsinin tempi və tənzimlənən qiymətlərdə dəyişikliklər ilə bağlıdır. Bu isə illik inflyasiya dərəcəsinin hədəf diapazonu daxilində olmasına imkan yaratsa da, belə göstəricidə dəyişikliklərə səbəb ola bilər”.

Bayramov bildirib ki, Mərkəzi Bank uçot dərəcəsini dəyişdirən zaman ən çox verilən sual bu qərarın kredit faizlərinə necə təsir etməsi ilə bağlıdır:

“Hələlik uçot dərəcəsinin kredit faizlərə ciddi təsiri yoxdur. Əvvəlki açıqlamamızda qeyd etdiyimiz kimi, bu təsirlərin müşahidə olunması üçün hələ bir müddət lazımdır. Bu, heç də Mərkəzi Bankın mövcud fəaliyyəti ilə bağlı deyil. Bununla yanaşı, Mərkəzi Bankın belə qərarlarının gəlirlik əyrisi ilə yanaşı kredit və depozit bazarına da təsir göstərməsi olduqca vacibdir.

Digər tərəfdən, son aylar depozit faizlərində də artımlar davam edir. Artıq sistem əhəmiyyətli banklar illik manat depozitlərini 10.0 faizlə qəbul edilər. Bir müddət öncə orta hesabla 6.0 faiz təklif olunurdu. Kredit faizlərində artımların olmaması üçün uçot dərəcəsi daxil olmaqla digər alətlər vasitəsi ilə kredit faizlərində optimallığın qorunması çox vacibdir”.

Tarix
2024.08.01 / 23:59
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın “ən məxfi qadını” Bakıya gəldi - O kimdir?

Prezident Martin Rayanı əfv etdi

Prezident Estoniya səfirini qəbul etdi

İham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik etdi

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - Foto

Paşinyan TRİPP-dən danışdı: Azərbaycanla bağlı detal

Bayramov Trampın təşkil etdiyi qəbulda iştirak etdi

Kolumbiyaya getmək istəyən azərbaycanlılara xoş xəbər

Azərbaycanla bu ölkə arasında viza rejimi sadələşdirilir

Bayramov Arakçı ilə görüşdü: Nələr müzakirə edildi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla