Yuxarı

Qlobal birjalar bir gündə çökdü: Ölkəmizə təsiri necə olacaq?

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qlobal birjalar bir gündə çökdü: Ölkəmizə təsiri necə olacaq?

Dünya birjalarında baş verən kəskin dalğalanmalar bir çox səbəblə əlaqəlidir. Başlanğıc nöqtəsi Tokio birjasında oldu. Yaponiya Birjası Mərkəzi Bankın uçot dərəcəsinin artırılması qərarına çox sərt reaksiya verdi. Yaponiyada başlayan çöküş digər birjalarda da dalğalanmalara gətirib çıxardı.

Bu sözləri Axar.az-a iqtisadçı-ekspert Natiq Cəfərli son günlər qlobal bazarda yaranan problemlər və birjaların çökməsinin səbəbləri haqqında danışarkən deyib.

Onun sözlərinə görə, bu hal dünyada iqtisadi böhranın başlanmasına bir işarədir:

“Tokio birja tarixində ilk dəfə idi ki, bir gün ərzində bu qədər dəyər itirirdi. Sonradan Asiya, Amerika birjalarına da təsir göstərdi. Amma bunun uzunmüddətli və qalıcı olmasını indidən söyləmək çətindir. Düzdür, dünyada iqtisadi böhranla bağlı ciddi əlamətlər var. Onun dərhal başlanması və ya sonra olacağı ilə bağlı fikir söyləmək çətindir. Tendensiyaları müşahidə etmək, ölçmək lazımdır. İqtisadi modellər qurulmalıdır. İstənilən halda gedişat yaxşı deyil. Bu, həm də onunla bağlıdır ki, dünyanın iki böyük ölkəsi ABŞ və Çin iqtisadiyyatında artım tempi aşağı düşüb: gözləntiləri doğrultmur, işsizlik artmağa başlayıb. Bu isə iqtisadi böhranın ilk siqnalıdır”.

Ekspert birjalarda yaranan böhranın Azərbaycan iqtisadiyyatına necə təsir edəcəyinə diqqət çəkib:

“Neft və qaz qiymətləri istisna olmaqla birjaların Azərbaycana birbaşa təsiri yoxdur. Çünki Azərbaycanın beynəlxalq birjalarda alınıb-satılan şirkət səhmləri yoxdur. Amma neft və qazın qiymətinin düşməsi Azərbaycana birbaşa təsir göstərir. Gəlirlərini azaldır. Valyuta ehtiyatlarının azalması iqtisadiyyat üçün ciddi təhdiddir. Gələcəkdə devalvasiyaya ilə nəticələnə bilər”.

Tarix
2024.08.06 / 13:25
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla