Yuxarı

Azərbaycan iki türk ölkəsi ilə mühüm saziş imzaladı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan iki türk ölkəsi ilə mühüm saziş imzaladı

Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında enerji sistemlərinin birləşdirilməsi layihəsi üzrə üçtərəfli görüşün protokolu imzalanıb.

Axar.az xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Energetika nazirinin müavini Orxan Zeynalovun rəhbərlik etdiyi nümayəndə heyəti Astana şəhərində keçirilən Mərkəzi Asiya ölkələrinin energetika nazirlərinin birinci iclasında, həmçinin Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi layihəsi üzrə üçtərəfli görüşdə iştirak edib.

Hər iki tədbirdə çıxış edən nazir müavini ölkələr arasında tərəfdaşlıq münasibətlərinin inkişaf perspektivləri ilə bağlı dövlət başçılarının siyasi iradələrinin ikitərəfli və çoxtərəfli əməkdaşlığın dərinləşməsi üçün geniş imkanlar açdığını vurğulayıb. O, COP29 çərçivəsində "yaşıl enerji" keçidi ilə bağlı qlobal təşəbbüslərin və yüksək səviyyəli tədbirlərin planlaşdırıldığını, bu çərçivədə "Mərkəzi Asiya və Azərbaycan Enerji İnvestisiyaları Forumu"nun keçiriləcəyini qeyd edib.

Tədbirdə Azərbaycan-Mərkəzi Asiya-Avropa "yaşıl enerji" dəhlizinin yaradılması üzrə görülən işlər və atılacaq növbəti addımlar müzakirə olunub.

Bildirilib ki, üç ölkə arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin layihəsi razılaşdırılıb, layihənin ilkin texniki-iqtisadi əsaslandırması üçün texniki tapşırıq təsdiqlənib. Bundan əlavə, texniki-iqtisadi əsaslandırmanın hazırlanması üçün İtaliyanın “CESI” şirkəti seçilib və tərəflərin milli enerji şirkətlərinin iştirakı ilə birgə müəssisənin yaradılması barədə razılıq əldə olunub.

Səfər çərçivəsində Özbəkistanın energetika naziri Jurabek Mirzamahmudov və Qazaxıstanın energetika nazirinin müavini Erlan Akkenjenovla ikitərəfli görüşlər də keçirilib.

Tarix
2024.08.06 / 22:52
Müəllif
Axar.az
Digər xəbərlər

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla