Yuxarı

Rövnəq Abdullayev bolqar nazir ilə görüşüb

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rövnəq Abdullayev bolqar nazir ilə görüşüb

Bu gün ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev Bolqarıstanın energetika, iqtisadiyyat və turizm naziri Draqomir Stoynevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Axar.az" ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, görüşdə R.Abdullayev Azərbaycan ilə Bolqarıstan arasında sıx dostluq əlaqələrinin qurulduğunu qeyd edib, iki ölkə arasında münasibətlərin inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin, görüş və fikir mübadilələrinin mühüm rol oynadığını bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "21-ci əsrin müqaviləsi" adlandırılan "Şahdəniz-2" layihəsinin yekun investisiya qərarının imzalanmasını xüsusi qeyd edən R.Abdullayev ölkəmizin enerji təhlükəsizliyinin tam təmin olunduğunu, region ölkələrinin enerji təhlükəsizliyində aparıcı yer tutduğunu, eyni zamanda, özünü bütün dünyada iri qaz ixracatçısı kimi təqdim etdiyini diqqətə çatdırıb. Azərbaycanda ixrac marşrutlarının

diversifikasiyasına böyük əhəmiyyət verildiyini söyləyən Şirkət prezidenti yaxın perspektivdə Bolqarıstanla Azərbaycan arasında enerji sektorunda əməkdaşlığın daha yüksək templərlə inkişaf edəcəyinə əminliyini bildirib.

Bolqarıstanın energetika, iqtisadiyyat və turizm naziri D.Stoynev iki dost ölkə arasında əməkdaşlıq münasibətlərinin həqiqətən də yüksək səviyyəyə qalxdığını söyləyib, bu əlaqələrin gələcəkdə daha da genişlənəcəyinə, daha böyük intensivlik alacağına inamını ifadə edib. Qonaq Azərbaycanla bütün sahələrdə, xüsusilə, enerji sektorunda əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını söyləyib, bu sahədə qurulmuş əlaqələri yüksək qiymətləndirib.

D.Stoynev Azərbaycan qazının Avropaya nəql olunmasının böyük maraq kəsb etdiyini, Bolqarıstan hökuməti tərəfindən ixrac kəmərlərinin diversifikasiyası məsələsinə böyük önəm verildiyini vurğulayıb. Nümayəndə heyətini təqdim edən nazir ARDNŞ ilə əməkdaşlığın inkişafında maraqlı olduqlarını bildirib.

Görüşdə ARDNŞ-nin prezidenti R.Abdullayevə Azərbaycan qazının Bolqarıstana nəqli üçün mühüm əhəmiyyət daşıyan infrastruktur barədə, eləcə də bu istiqamətdə görülən işlər barədə ətraflı məlumat verilib.
Sonda tərəflər əməkdaşlığın perspektivləri barədə geniş fikir mübadiləsi aparıblar.

Tarix
2014.02.12 / 21:15
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Zəfər Günü ilə bağlı paylaşım etdi

Tramp türk ölkələri ilə saziş imzaladı: “Yeni neft” hansı metaldır?

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli oldu

Japarov və Abbas İlham Əliyevə məktub ünvanladı

İlham Əliyev və Şahbaz Şərif birgə nahar etdi

Tiflisdə azərbaycanlılara zorakılıq edəni hansı cəza gözləyir?

Hikmət Cavad Ukraynanın xüsusi mükafatı ilə təltif edildi

Ramil Usubov Sergey Şoyqu ilə görüşdü

İlham Əliyev Şahbaz Şəriflə görüşdü

Rus təyyarəsini qaçıran Vaqif Qurbanov kimdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla