Yuxarı

Bakının BRİKS-ə üzvlüyündə məqsəd budur - Ekspert

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakının BRİKS-ə üzvlüyündə məqsəd budur - Ekspert

Əvvəla onu qeyd etməliyik ki, BRİKS nə hərbi, nə də siyasi təşkilatdır. Siyasi və hərbi institutları mövcud deyil. Əsas hədəfi isə qarşılıqlı investisiya qoyulması, yeni nəqliyyat dəhlizləri, güzəştli tariflərlə ticarətdir.

Bu sözləri Axar.az-a Azərbaycanın BRİKS-ə üzvlük üçün müraciəti ilə bağlı danışan iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

Ekspert sözügedən addımın dəhlizlərlə bağlı olduğunu bildirib:

“Burada vacib məqam odur ki, təşkilata üzv olan böyük iqtisadi gücə sahib Çin, Hindistan, Braziliya və Cənubi Afrika Respublikasının Qərb ölkələri ilə ümumi ticarət dövriyəsi 3 trilyon dollara yaxındır. Bu ölkələrin əsas ticarət tərəfdaşı ABŞ və AB ölkələridir. Eyni zamanda, Azərbaycanın da əsas ticarət tərəfdaşı AB-dir, ixracatın böyük qismi bu istiqamətdədir. İnvestisiya qoyulması sahəsində də Qərb ölkələri ilk sıradadır. Azərbaycanın təşkilata üzvlüyündə məqsəd gələcəkdə fəaliyyət göstərəcək dəhlizlərin mərkəzinə çevrilməkdir. Cənubi Qafqaz regionu Orta Dəhliz, Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin reallaşması üçün xüsusi önəm daşıyır. Azərbaycan isə bütün bunların mərkəzindədir. Digər tərəfdən Çin, Rusiya və Hindistanın sadaladığımız dəhliz layihələrində öz maraqları var. Fikrimcə, ölkəmizin BRİKS-ə üzv olmaq istəyinin də əsas səbəbi bunlarla əlaqədardır. Əgər doğru dəyərləndirə bilsək, bu addım Azərbaycan üçün çox faydalı ola və əlavə investisiya qoyuluşuna şərait yarada bilər”.

Tarix
2024.08.22 / 07:00
Müəllif
Söhrab İsmayıl
Digər xəbərlər

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla