Yuxarı

Dollara tələbat artır: manat ucuzlaşacaq?

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dollara tələbat artır: manat ucuzlaşacaq?

Dolların məzənnəsi sabit qalsa da, Azərbaycanda dollara tələbat ötən illərə nisbətən kəskin artıb. 2024-cü ilin yanvar-iyul aylarında Azərbaycan Mərkəzi Bankında keçirilən valyuta hərraclarında 4,1 milyard dollar məbləğində satış olub.

Axar.az xəbər verir ki, iqtisadçı Elşad Məmmədov Bizim.media-ya açıqlamasında dollara tələbin artmasının bir sıra səbəbləri olduğunu bildirib. Onun fikrincə, əsas səbəblərdən biri ölkədən kapital çıxışına olan meyillərlə bağlıdır:

"Zənnimcə, bu proses hələ də dollara olan tələbata kifayət qədər ciddi təsirlər göstərməkdədir. Mənə elə gəlir ki, bu məqam Mərkəzi Bankı ciddi şəkildə narahat etməlidir və bu prosesin qarşısı alınmalıdır. Burda müvafiq tənzimləyici tədbirlərin həyata keçirilməsi, kapital çıxışı ilə bağlı qabaqlayıcı tədbirlərin olması vacibdir. Xüsusilə nəzərə aldıqda ki, xarici ticarətdəki müsbət saldonun həcmi azalır”.

İqtisadçı valyuta bazarındakı sabitliyin zərurətindən də danışıb:

"Bütün bunlar onu deməyə əsas verir ki, biz Mərkəzi Bankdan effektiv şəkildə pul-kredit siyasətinin idarə olunması və tənzimlənməsini gözləməliyik. Valyuta bazarındakı sabitlik qorunmalıdır. Bu kritik dərəcədə ölkə iqtisadiyyatındakı müsbət inkişaf xəttinin reallaşdırılması üçün lazımdır. Düşünürəm ki, xarici ticarətdə cari əməliyyatlarla bağlı valyuta mübadiləsində heç bir məhdudiyyət tətbiq edilməməlidir”.

Tarix
2024.09.14 / 22:12
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla