Yuxarı

“Azəriqaz”dan iki ziddiyyətli açıqlama

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azəriqaz”dan iki ziddiyyətli açıqlama

"Qazın verilməsi ilə bağlı hal-hazırda heç bir problem yoxdur".

Bu sözləri "Axar.az"a partlayış səbəbindən Binəqədi rayonuna qaz verilişinin məhdudlaşdırılmasının aradan qaldırılıb-qaldırılmadığı sualına cavab olaraq "Azəriqaz"ın mətbuat katibi Araz Ağayev deyib.

O, Binəqədi rayonu ərazisində mavi yanacağın verilməsində heç bir problemin olmadığını bildirib.

"Azəriqaz"ın Binəqədi Rayon Qaz İstismarı İdarəsindən isə redaksiyamıza açıqlamada mavi qazın verilməsində məhdudiyyətlərin hələ də tam aradan qaldırılmadığı qeyd olundu: "Mövcud durumla bağlı hazırda təmir-bərpa işləri aparılır. Bəzi sahələrə qazın verilməsindəki məhdudiyyət aradan qaldırılmayıb".

Xatırladaq ki, dünən Binəqədi rayonu 8-ci mikrorayon, Süleyman Sani Axundov küçəsindəki ümumi sahəsi 600 kv.m olan yarımçıq tikilidə partlayış baş verib. Baş vermiş hadisəylə bağlı Binəqədi rayonunda mavi qazın verilməsi dayandırılıb.

Tarix
2014.02.14 / 10:59
Müəllif
Elçin Aslangil
Digər xəbərlər

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla