Yuxarı

Büdcədə 3 milyard kəsir necə bağlanacaq?

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Büdcədə 3 milyard kəsir necə bağlanacaq?

2025-ci ilin dövlət büdcəsinin gəlirləri 36 milyard 636 milyon manat olacaq. Bu da 2024-cü ildə təsdiq olunmuş göstərici ilə müqayisədə 228 milyon manat çoxdur. Yəni əvvəlki illə müqayisədə gəlirlər 0,6 faiz artacaq. 2023-cü ilin faktiki gəlirləri ilə müqayisədə isə 3,6 faiz artım var.

Bu sözləri Axar.az-a iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov 2025-ci il üçün proqnozlaşdırılan büdcəni şərh edərkən deyib.

O, büdcə gəlirlərində qeyri-neft sektorunun payının artmasına diqqət çəkib:

“2025-ci ildə büdcə gəlirlərinin 54 faizi, 19 milyard 543 milyon manat vəsait qeyri-neft və qaz sektorunun payına düşəcək. Bu da qeyri-neft sektorunun büdcədə payının 2024-cü illə müqayisədə artması anlamına gəlir. Bu, pozitiv məqamdır. Çünki büdcə gəlirlərində qeyri-neft sektorunun gəlirlərinin artırılması əsas prioritetlərdəndir.

2025-ci ilin büdcəsinin xərcləri isə 39 milyard 667 milyon manat olacaq. Nəzərə almaq lazımdır ki, büdcə xərclərinin 63 faizi cari xərclərə yönləndiriləcək. Burada diqqət çəkən məqamlardan biri sosial müdafiə və sosial təminat xərclərinin 5 milyard manata yaxın proqnozlaşdırılması, 2024-cü il ilə müqayisədə 14 faiz artımın nəzərdə tutulmasıdır. 2025-ci ildə sosial istiqamətə daha çox vəsaitin ayrılması anlamına gəlir”.

Büdcə kəsrinin 2025-ci ildə 3 milyard 51 milyon manat nəzərdə tutulduğunu xatırladan iqtisadçı bildirib ki, bu rəqəmin dəyişməməsinin səbəbi kəsirin daxili borclanma hesabına ödənilməsidir:

“Yəni istiqrazların, eləcə də qiymətli kağızların dövriyyəyə buraxılması nəticəsində büdcə kəsirinin bağlanması həyata keçirilir. Bu da təbii ki, bir tərəfdən istiqrazların milli valyuta ilə olmasına, digər tərəfdən onun ödənilməsinin mərhələli həyata keçirildiyinə görə dövlət büdcəsi, bütövlükdə iqtisadiyyat üçün xüsusi bir yük yaratmır. Ümumiyyətlə daxili borclanma xarici borclanma ilə müqayisədə məqbul hesab olunur və büdcə kəsirinin örtülməsi də daha çox daxili borclanma hesabına həyata keçirildiyi üçün məbləğdə dəyişikliklər baş verməyib”.

Tarix
2024.09.20 / 08:45
Müəllif
Aytac Araz
Digər xəbərlər

Bayramov Trampın təşkil etdiyi qəbulda iştirak etdi

Kolumbiyaya getmək istəyən azərbaycanlılara xoş xəbər

Azərbaycanla bu ölkə arasında viza rejimi sadələşdirilir

Bayramov Arakçı ilə görüşdü: Nələr müzakirə edildi?

Bayramov Hindistan-Pakistan münasibətlərindən danışdı

XİN rəhbəri cibutili həmkarı ilə görüşdü

Tramp İlham Əliyevdən sitat gətirdi

Azərbaycan bu qondarma seçkiləri tanımır - XİN

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Kərim Vəliyev Kılınçla birgə təlimi müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla