Yuxarı

"Fitç" ABB-nin reytinqlərini daha da yüksəltdi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Fitç" ABB-nin reytinqlərini daha da yüksəltdi

"Fitç" Beynəlxalq Reytinq Agentliyi ABB-nin reytinqlərinə yenidən baxaraq Bankın Uzunmüddətli emitentin defolt reytinqini BB- səviyyəsindən BB səviyyəsinə qədər yüksəldib.

ABB-nin Dayanıqlılıq reytinqi də bb- səviyyəsindən bb səviyyəsinə qalxıb. Reytinq proqnozu isə Pozitiv olaraq müəyyənləşib.

Reytinqlərin yüksəldilməsi ABB-nin 2024-cü ilin 6 ayı üzrə konsolidə edilmiş maliyyə hesabatındakı yüksək göstəricilərinə, güclü kapital mövqeyinə əsaslanır. Agentliyin proqnozuna görə, ortamüddətli perspektivdə ABB-nin aktivlərinin keyfiyyəti və gəlirliliyi davamlı olaraq möhkəmlənəcək.

ABB-nin Dayanıqlılıq reytinqinin yüksəlməsi Bankın dayanıqlı maliyyə durumunu əks etdirir. Güclü balans strukturu Bankın aktivlərinin keyfiyyətinin davamlı şəkildə artmasına, yüksək gəlirliliyinə şərait yaradır, möhkəm kapital mövqeyini və likvidliyini təmin edir.

Agentlik ekspertlərinin proqnozlarına əsasən, Bankın əməliyyat gəlirliliyi ortamüddətli perspektivdə də güclü səviyyədə qalacaq.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, www.abb-bank.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Feysbuk səhifəsindən əldə etmək olar.

Tarix
2024.10.03 / 11:50
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla