Yuxarı

“Ziraat Azərbaycan”ın problemli kreditləri 23 milyonu ötdü

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Ziraat Azərbaycan”ın problemli kreditləri 23 milyonu ötdü

2024-cü ilin II rübündə "Ziraat Bank Azərbaycan”ın problemli kreditləri artmaqda davam edib.

Axar.az xəbər verir ki, Valyuta.az-ın hesablamasına görə, bankın problemli kreditləri ötən ilin eyni dövrünə nisbətən 2024-cü ilin ilk yarısında 37% və ya 6,2 milyon manat artaraq 23,1 milyon manata yüksəlib. 2023-cü ilin eyni dövründə bu rəqəm 16,9 milyon manata bərabər olub.

Bu isə bankın problemli kreditlərinin ümumi portfeldə çəkisinin 4,3%-dən 5,4%-ə kimi artmasına təsir edib.

"Ziraat Bank Azərbaycan”ın problemli kreditlərində ən böyük artım biznes kreditləri üzrə müşahidə edilir. Bankın problemli biznes kreditləri 6,2 milyon manat artaraq 16,9 milyon manatdan 22,79 milyon manata kimi yüksəlib.

Bu dövrdə bankın problemli kreditlərinin cəmi 359 min manatı istehlak kreditlərinə aid olub. Bu isə ötən ilin eyni dövrünə nisbətən 13 dəfə çoxdur. 2023-cü ilin ilk yarısında bu rəqəm cəmi 26,8 min manat təşkil edib.

Ümumilikdə bankın vaxtı ötmüş kreditləri isə 53 milyon manata çatıb ki, bu da ötən ilin eyni dövrünə nisbətən 2 dəfəyə yaxın çoxdur.

Qeyd edək ki, banklarda 90 gündən artıq gecikdirilmə olan kreditlər problemli kreditlər hesab edilir.

Xatırladaq ki, "Ziraat Bank Azərbaycan” 2014-cü ildə yaradılıb, onun nizamnamə kapitalı 65,5 milyon manatdır. Bankın səhmlərinin 99,98%-i "Ziraat Bank”a (Türkiyə), 0,01% - Ziraat Texnoloji Şirkətinə, 0,01%-i isə Ziraat Yatırım Menkul Değerler Şirkətinə (Türkiyə) məxsusdur.

Tarix
2024.10.09 / 12:32
Müəllif
Axar.az
Digər xəbərlər

Kolumbiyaya getmək istəyən azərbaycanlılara xoş xəbər

Azərbaycanla bu ölkə arasında viza rejimi sadələşdirilir

Bayramov Arakçı ilə görüşdü: Nələr müzakirə edildi?

Bayramov Hindistan-Pakistan münasibətlərindən danışdı

XİN rəhbəri cibutili həmkarı ilə görüşdü

Tramp İlham Əliyevdən sitat gətirdi

Azərbaycan bu qondarma seçkiləri tanımır - XİN

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Kərim Vəliyev Kılınçla birgə təlimi müzakirə etdi

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla