Yuxarı

BVF-dən proqnoz: Azərbaycanın iqtisadi artımı...

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
BVF-dən proqnoz: Azərbaycanın iqtisadi artımı...

Beynəlxalq Valyuta Fondu (BVF) 2024-cü il üçün Azərbaycanda iqtisadi artım proqnozunu 3,2%-ə qədər artırıb.

Axar.az xəbər verir ki, bu, “World Economic Outlook” hesabatının oktyabr sayında öz əksini tapıb.

Aprel ayında IMF cari il üçün Azərbaycanda iqtisadi artımı 2,8% səviyyəsində proqnozlaşdırırdı. Yeni hesabata əsasən, 2025-ci ildə artımın 2,5% olacağı (2,3% səviyyəsində aprel proqnozuna qarşı) gözlənilir, 2029-cu il üçün proqnoz isə 2,4% səviyyəsində saxlanılıb.

Ümumilikdə, Yaxın Şərq və Mərkəzi Asiya regionu üzrə iqtisadi artım 2024-cü ildə 2,4%, 2025-ci ildə 3,9%, 2029-cu ildə 3,8 %səviyyəsində proqnozlaşdırılır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-sentyabr aylarında ölkədə 92,8 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,7% çoxdur. Neft-qaz sektorunda əlavə dəyər 0,9%, qeyri-neft-qaz sektorunda isə 7,1% artıb.

Azərbaycan hökuməti 2024-cü ildə ÜDM artımını 4,2%, 2025-ci ildə 3,5%, 2026-cı ildə 2,8%, 2027-ci ildə 3,8%, 2028-ci ildə 3,3% səviyyəsində proqnozlaşdırır. Eyni zamanda, bu il neft-qaz sektorunda 0,3%, 2025-ci ildə 0,5% artım, 2026-2028-ci illərdə isə müvafiq olaraq 3%, 0,1% və 2,1% azalma olacaq. Qeyri-neft-qaz sektorunda sabit artım gözlənilir: 2024-cü ildə 6,4%, 2025-ci ildə 4,9%, 2026-2028-ci illərdə təxminən 5%.

2023-cü ildə Azərbaycanda ÜDM 1,1% artıb.

Tarix
2024.10.22 / 19:20
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla