Yuxarı

TDT-nin növbəti toplantısı Azərbaycanda keçiriləcək

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinin Sənaye, Elm, Texnologiya və İnnovasiya nazirlərinin növbəti toplantısının Azərbaycanda keçirilməsi ilə bağlı təklif irəli sürülüb.

İqtisadiyyat Nazirliyindən Axar.az-a verilən məlumata görə, bu təklifi iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin İstanbul şəhərində keçirilən TDT-nin Sənaye, Elm, Texnologiyalar və İnnovasiyalar nazirlərinin 1-ci Toplantısında səsləndirib.

Təklif iştirakçı ölkələr tərəfindən qəbul olunub.

M. Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin iştirak etdiyi tədbirdə Türkiyənin sənaye və texnologiyalar naziri Mehmet Fateh Kacır keçiriləcək müzakirələrin və ikitərəfli görüşlərin səmərəli olacağına, gələcək əlaqələrin daha da möhkəmləndirilməsinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

TDT-nin Baş katibi Kubanıçbek Ömüraliyev təşkilata üzv dövlətlər arasında tarixi və mədəni ortaqlığın zəruriliyindən irəli gələn əməkdaşlığın önəmini vurğulayıb və qarşılıqlı fəaliyyətin gücləndirilməsində toplantının əhəmiyyətli olacağına əminliyini ifadə edib.

Toplantıda iqtisadiyyat naziri M. Cabbarov qeyd edib ki, Türk dövlətləri arasında birgə fəaliyyətin gücləndirilməsi ölkələrimizin rifahına, iqtisadi artıma və dayanıqlı inkişafa təminat verir. Azərbaycan türk dövlətləri ilə əməkdaşlığı yüksək qiymətləndirir, türk dünyasındakı inteqrasiya proseslərinə dəstək verir. Vurğulanıb ki, İstanbulda keçirilən bugünkü tədbir qeyri-neft sənayesinin inkişafı, ticarət və investisiyaların təşviqi, KOB, müasir texnologiyaların tətbiqi, elm, innovasiya və rəqəmsallaşma sahələrində təşəbbüslərimizin artırılması imkanlarının dəyərləndirilməsi baxımından əhəmiyyətli olacaq.

Bildirilib ki, "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədində "Təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi" prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib, ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməsi, tullantıların təkrar emalı, çirklənmiş ərazilərin bərpasının təşviqi, ekoloji baxımdan əlverişli olan "yaşıl" texnologiyaların tətbiqinin genişləndirilməsi ilə bağlı tədbirlər nəzərdə tutulub. Həmçinin işğaldan azad olunmuş ərazilərdə dövlət tərəfindən yeni sənaye zonalarının yaradılması, bu ərazilərdə sahibkarlar üçün əlverişli təşviq paketlərinin qəbulu, regionun yaşıl enerji zonası elan edilməsi inkişafın sürətləndirilməsinə yönəlmiş addımlardandır.

İqtisadiyyat naziri bu ilin noyabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək ölkəmizin elan etdiyi müxtəlif qlobal təşəbbüsləri də diqqətə çatdırıb.

Tədbirdə qeyd edilib ki, TDT ölkələri üçün investisiyalar iqtisadi inkişaf və makroiqtisadi sabitliyin təmin olunmasında əhəmiyyətli rol oynayır. Bundan irəli gələrək investisiyalar sahəsində də TDT ölkələri arasında son illərdə mühüm işlər görülüb, üzv dövlətlərinin iqtisadi inkişafını stimullaşdırmaq məqsədilə Türk İnvestisiya Fondu təsis edilib. Bundan başqa, Azərbaycanla Özbəkistan, Azərbaycanla Qırğızıstan və Azərbaycanla Qazaxıstan arasında yaradılmış investisiya fondları ölkələrin iqtisadi inkişafına, rifah səviyyəsinin yaxşılaşdırılmasına töhfə verəcək.

Nazir, həmçinin Yaşıl KOB Resurs Mərkəzlərinin yaradılmasının, Tədqiqat və İnkişaf (R&D) fəaliyyətlərinin vacibliyini vurğulayıb, texnologiya, bilik və maliyyə resurslarına çıxışı asanlaşdıracaq institusional platformalar barədə də məlumat verib, Türk Dövlətləri Təşkilatı ölkələrinin Sənaye, Elm, Texnologiya və İnnovasiya nazirlərinin növbəti toplantısının Azərbaycanda keçirilməsi ilə bağlı təklif irəli sürüb. Təklif iştirakçı ölkələr tərəfindən qəbul olunub. İclasda təşkilata üzv dövlətlərin təmsilçilərinin çıxışları dinlənilib, Türk Dövlətləri Təşkilatının Sənaye, Elm, Texnologiyalar və İnnovasiyalar Nazirlərinin 1-ci Toplantısının yekunlarına dair Birgə Bəyannamə qəbul edilib.

Tarix
2024.10.26 / 16:00
Müəllif
Axar.az
Digər xəbərlər

Leyla Əliyeva çoban Xanışın ailəsi ilə görüşdü - Foto

Milanda gürcülərin növbəsi heyrətləndirdi – Video

Azərbaycanlılardan bu cür istifadə əxlaqsızlıqdır - Zurabişvili

Xoşqədəm seçkilərə müdaxilə edir - Gürcüstandan etiraz

İsrailin İranı vurmasına dünya liderlərinin reaksiyası

İsrailin İrana hücumu niyə “dağıdıcı” olmadı?

İsrail İrana ABŞ-ın “tövsiyəsinə uyğun” zərbə endirdi

Tiflis üçün ciddi sınaq: izləyirik, narahatıq... - Arkov

İrana hücum: Netanyahu bunkerdə generallarla… - Foto

İsrail İrana bu qədər qırıcı ilə hücum edir – Şok

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla