Yuxarı

Maaş və pensiya artımı: ikirəqəmli olacaq... - Video

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Maaş və pensiya artımı: ikirəqəmli olacaq... - Video

08:00

Təkliflər təqdim olunduqdan sonra konkret artım faizlərinin müzakirəsi mümkün olacaq, çünki bu olmadan pensiya və əmək haqlarının hansı faizlə artacağını dəqiq söyləmək mümkün deyil.

Bu sözləri Axar.az-a iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, parlament Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən minimum əmək haqqı və pensiyaların artırılması ilə bağlı təklifləri müzakirə etmək üçün gözləyir:

“Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən təkliflər təqdim olunduqdan sonra artıq konkret müzakirələrin aparılması mümkün olacaq. Nəzərə alsaq ki, 2025-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə təqdim olunub. Növbəti il sosial təminat və sosial müdafiəyə beş milyard manata yaxın vəsaitin ayrılması nəzərdə tutulur. Bu, 2024-cü illə müqayisədə 14 faiz çoxdur. Eyni zamanda dövlət büdcəsinin xərclərinin 45 faizi sosial istiqamətə yönəldiləcək. Bu da ondan xəbər verir ki, növbəti il sosial paketin dərinləşməsi prioritet olaraq qalacaq”.

Millət vəkili qeyd edib ki, artımlar inflyasiya səviyyəsinə uyğunlaşdırılmalıdır:

“Bizim artımlarla bağlı təkliflərimiz ondan ibarətdir ki, minimum maaş və minimum pensiyada artımlar 2023-2024-cü illərdəki inflyasiya nəzərə alınmaqla reallaşsın. Çünki xüsusən 2023-cü ildə qiymət artımları daha yüksək olub. Fiskal imkanlar çərçivəsində inflyasiya səviyyəsinin tam olaraq minimum əmək haqqı və minimum pensiya artımlarında əks olunması və nəzərə alınması məqsədəuyğundur. Nəzərə alsaq ki, minimum əmək haqqı sonuncu dəfə 2023-cü ilin yanvar ayında artıb, gözlənti ondan ibarətdir ki, artım faizi 2 rəqəmli olacaq. Biz bu istiqamətdə Milli Məclisdə müzakirələr zamanı təkliflərimizi təqdim edəcəyik”.

Tarix
2024.11.01 / 13:11
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

Jalə Bədirova "Yeni Klinika"da yüksək vəzifəyə təyin olundu

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

Kobaxidzedən Əliyevin Naxçıvanda verdiyi mesajlara reaksiya

Zelenski azərbaycanlı hərbçiləri təltif etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla