Yuxarı

AB-nin qərəzi bitmir, Bakı isə qaz ixracını kəskin artırdı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
AB-nin qərəzi bitmir, Bakı isə qaz ixracını kəskin artırdı

Azərbaycanın Avropaya qaz ixracatında yeni artımlar qeydə alınıb. 2024-cü ilin ilk 9 ayında Avropaya qaz ixracatı 8.6 faiz artaraq 9.4 milyard kubmetrə çatıb. Bu müddətdə Türkiyəyə 7,3 milyard kubmetr, Gürcüstana isə 1,7 milyard kubmetr qaz satılıb.

Axar.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov bildirib.

O qeyd edib ki, həmin dövdə Azərbaycanda 37.1 milyard kubmetr qaz hasil edilib:

“Bu, əvvəlki ilin uyğun dövrünə nisbətən 2.7 faiz artım deməkdir. Qazın 9,8 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”, 20,5 milyard kubmetri “Şahdəniz”, 1,1 milyard kubmetri “Abşeron”, 5,7 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 1,1 milyard kubmetr artımla qaz hasil edilib.

Avropanın bir sıra dairələrində qərəzli qətnamələrin qəbuluna rəğmən Azərbaycan köhnə qitənin enerji təhlükəsizliyinin formalaşmasındakı rolunu artırmaqdadır. Artıq AB-yə qaz idxalı həcminə görə Azərbaycan ilk beşlikdə qərarlaşıb. Trans-Adriatik Qaz Boru Kəmərinin istismara verildiyi 2020-ci il dekabrın 31-dən indiyədək Avropaya 40 milyard kubmetrə yaxın Azərbaycan qazı ixrac olunub”.

Tarix
2024.11.05 / 15:18
Müəllif
Axar.az
Digər xəbərlər

Kolumbiyaya getmək istəyən azərbaycanlılara xoş xəbər

Azərbaycanla bu ölkə arasında viza rejimi sadələşdirilir

Bayramov Arakçı ilə görüşdü: Nələr müzakirə edildi?

Bayramov Hindistan-Pakistan münasibətlərindən danışdı

XİN rəhbəri cibutili həmkarı ilə görüşdü

Tramp İlham Əliyevdən sitat gətirdi

Azərbaycan bu qondarma seçkiləri tanımır - XİN

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Kərim Vəliyev Kılınçla birgə təlimi müzakirə etdi

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla