Yuxarı

Manat bu tarixədək sabit qalacaq, sonra isə… - Sabiq nazir

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Manat bu tarixədək sabit qalacaq, sonra isə… - Sabiq nazir

Ötən illə müqayisədə cari ilin on ayı ərzində valyuta satışının həcminin bu qədər artmasının müxtəlif səbəbləri mümkündür. Bu səbəbləri bilmədən, valyuta satışının həcminin nə üçün artdığı sualına əsaslı cavab vermək mümkün deyil. Ola bilər ki, bir müddət dövlət büdcəsində yaranmış profisit səbəbindən Neft Fondundan nəzərdə tutulmuş vəsaitlərin transferi zamanla gecikdirilib və s. Yəni mətbəxdə nə baş verdiyini bilmədən onu yozmaq olmaz. Mərkəzi Bankın valyuta resurslarının da bir qədər azalması manatın məzənnəsinə hər hansı bir təhlükənin yaranması anlamına gələ bilməz.

Axar.az xəbər verir ki. bu sözləri sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov Globalinfo.az-a açıqlamasında Neft Fondunun ötən illə müqayisədə valyuta satışını 2,3 dəfə artırması və bunun manata təzyiqi haqda müzakirələrə münasibət bildirərkən deyib.

F.Yusifov Mərkəzi Bankın ən azından gələn ilin sonlarına qədər manatın sabitliyini təmin edəcəyini vurğulayıb:

“Bundan sonra atılacaq addımlar isə dünya iqtisadiyyatında baş verən prosseslərlə və eyni zamanda neftin qiymətlərinin özünü necə aparacağından asılı olacaq. Bütün bu söhbətlər fonunda bir həqiqəti söyləməliyik – Azərbaycan zamanla milli valyutanın üzən məzənnəyə keçməsini də göz önünə alıb Ümümdünya Ticarət Təşkilatına üzv olmağa hazırlaşmalıdır. Biz artıq bu təşkilata üzv olmaq haqqında ciddi düşünməliyik”.

Tarix
2024.11.05 / 21:03
Müəllif
Axar.az
Digər xəbərlər

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla