Yuxarı

TDT ölkələrinə yatırılan investisiyaların həcmi açıqlandı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan ölkələrinə 2023-cü ildə 24 milyard ABŞ dolları məbləğində Xarici Birbaşa İnvestisiya (XBİ) yatırılıb.

Axar.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri Vüsalə Cəfərova bildirib.

Onun sözlərinə görə, bu, 2022-ci ilə nisbətən 15% azdır.

"TDT ölkələrinə XBİ həcmini artırmaq üçün regionda sərmayə mühitinin və iqtisadi infrastrukturun yaxşılaşdırılması sahəsində fəaliyyətlərin artırılması zəruridir. XBİ cəlb etmək və daha güclü iqtisadi münasibətlər qurmaq üçün Türk İnvestisiya Fondunun rolunun gücləndirilməsi və özəl sektorun dəstəklənməsi önəm kəsb edir. Bu həmçinin iqtisadiyyatların şaxələndirilməsi və dayanıqlı iqtisadi inkişaf üçün vacib amildir", - deyə V.Cəfərova qeyd edib.

TDAM-ın rəhbəri vurğulayıb ki, Türk dünyasında qeydə alınan iqtisadi artım, xüsusilə qeyri-neft sektoru və ticarət sahələrindəki inkişafla daha da güclənib:

"2023-cü ildə TDT ölkələrinin xarici ticarət dövriyyəsi 4,3%-lik artımla 1,48 trilyon ABŞ dollarına çatıb. Bu artım TDT ölkələrinin ticarət əlaqələrinin daha da genişlənməsi və bu ölkələr arasında qarşılıqlı ticarətin artırılması ilə əlaqəlidir".

O əlavə edib ki, TDT ölkələri arasında ticarətin həcmi 2022-ci ildə 30,9 milyard dollardan 2023-cü ildə 38,3 milyard dollara yüksəlib. Bu 24%-lik bir artımı ifadə edir.

"2024-cü ildə isə TDT ölkələri arasında qarşılıqlı ticarətin həcminin 45 milyard dolları keçib ki, bu müsbət nəticə TDT ölkələrinin ticarət əlaqələrinin gücləndiyini göstərir. Xarici ticarətdə artım dinamikası Türk dünyasının iqtisadi sahədə daha çox inteqrasiya olunduğunu və üzv ölkələrinin hərtərəfli əməkdaşlığa olan marağını göstərir", - V.Cəfərova hesab edir.

Tarix
2024.11.06 / 19:26
Müəllif
Axar.az
Digər xəbərlər

Tokayevin Parisdə Makrona mühüm Bakı mesajı

Ərdoğanın türk liderlərdən 2 gözləntisi: Bişkekdə nə istədi?

Sol-liboşların xaosu, təcavüzü bitir: “sağ”alma başladı

TDT liderlərinin 12-ci sammiti Azərbaycanda keçiriləcək

Sadıqov məni yanına çağıraraq dedi ki... - Şlyapa Zahid

İlham Əliyevin Bişkek səfəri başa çatdı - Foto

Bu azərbaycanlılarla bağlı əməkdaşlığa hazırıq - Quterreş

Bu DSK-ların tərkibində dəyişiklik edildi

Pənahovdan bələdiyyə seçkiləri ilə bağlı açıqlama

Əliyev, Ərdoğan və Tramp: Qafqazda, görün, nələr olacaq…

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla