Yuxarı

Orta Dəhliz üzrə yükdaşımaların həcmi açıqlandı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Orta Dəhliz üzrə yükdaşımaların həcmi açıqlandı

2030-cu ilə qədər Orta Dəhliz üzrə yükdaşımaların həcmi 11 milyon tona çatacaq.

Axar.az xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankı məlumat yayıb.

Qeyd olunub ki, Orta Dəhliz üzrə yükdaşımaların həcmi əhəmiyyətli dərəcədə artıb. 2023-cü ildə bu göstərici 2,7 milyon ton olub ki, bu da 2022-ci illə müqayisədə 86 faiz artım deməkdir. 2024-cü il üçün proqnozlaşdırılan yükdaşıma həcmi isə 4 milyon tondur.

"Proqnozlara görə, 2030-cu ilə qədər Çinin qərb sərhədi ilə Avropa arasında səyahət müddəti yarıya endiriləcək və nəqliyyat həcmi 3 dəfə artaraq, 11 milyon tona çatacaq", - bankın məlumatında bildirilib.

AİB vurğulayıb ki, Orta Dəhlizin uğurlu istifadəsinin ən parlaq nümunələrindən biri 2022-ci ilin may ayında Çinlə Avropa arasında finlandiyalı "Nurminen Logistics" nəqliyyat şirkəti tərəfindən yeni marşrutun istifadəyə verilməsidir.

Qeyd edilib ki, Orta Dəhliz Çindən Avropaya mal tədarükü üçün ən qısa yoldur, o, Mərkəzi Asiya və Xəzər dənizindən, daha sonra Cənubi Qafqaz və Türkiyədən keçir.

Tarix
2024.11.06 / 19:52
Müəllif
Axar.az
Digər xəbərlər

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla