Yuxarı

COP29 Azərbaycan iqtisadiyyatına nə verəcək?

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi bir daha təsdiq edirdi ki, ölkəmizin bu sahədəki fəaliyyəti BMT daxil olmaqla, beynəlxalq və qlobal təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan regionda yaşıl enerjinin inkişafına ən çox investisiya edən ölkələrdən biridir. Son illər bu sahəyə yönəlmiş sərmayələrin həcmi 1 milyard dollardan artıqdır.

Axar.az xəbər verir ki, bu fikirləri iqtisadçı, millət vəkili Vüqar Bayramov deyib.

O, tədbirin Azərbaycan iqtisadiyyatı üçün əhəmiyyət daşıdığını qeyd edib:

“COP29 bir sıra istiqamətlərdə - Azərbaycanın iqtisadiyyatı, eyni zamanda, Azərbaycanın yaşıl enerji sahəsində həyata keçirdiyi fəaliyyətlərin təqdimatı baxımından çox vacibdir.

Azərbaycanın yaşıl enerji sahəsində bir sıra aparıcı şirkətlərlə, o cümlədən beynəlxalq qurumlarla əməkdaşlıq edir və digər tərəfdən ölkəmizin yaşıl enerjinin istehlakda payı ilə bağlı bəlli hədəfləri var. Bu hədəflərin reallaşması istiqamətində intensiv addımlar atılır. Eyni zamanda, Azərbaycan həm də Gürcüstan və Qara dəniz vasitəsilə Avropaya öz yaşıl enerjisini ixrac etmək niyyətindədir. Bu da ondan xəbər verir ki, 2026-cı ildən sonra Azərbaycan Avropa Birliyinin yaşıl enerjiyə olan tələbinin ödənməsində xüsusi paya malik olacaq. Bu istiqamətdə də çox sürətli işlər həyata keçirilməkdədir. Belə tədbirlər bir tərəfdən turizm-xidmət sektorunun dəstləklənməsi və inkişafına xidmət edir, digər tərəfdən isə ölkənin iqtisadi potensialı ilə daha yaxından tanış olmağa fürsət yaradır”.

İqtisadçı bildirib ki, sammit xarici sərmayəçilərin cəlb edilməsi baxımından fürsət ola bilər:

“COP turizm və xidmət sektorunun gəlirliliyini artırmaqla yanaşı, həm də sərmayələrin cəlb edilməsi baxımından vacibdir. Çünki bu, praktik olaraq, həm Azərbaycan iqtisadiyyatının potensialını təqdim etmək imkanı verəcək, həm də ölkəmiz üçün birmənalı şəkildə yeni və xüsusən də xarici sərmayələrin cəlbi baxımından səmərəli olacaq. Nəzərə alsaq ki, cənab Prezident yeni dövrün yeni hədəflərini müəyyənləşdirən zaman xarici sərmayələrin cəlb edilməsini əsas istiqamətlərdən biri kimi qeyd etmişdi. Xüsusən də qeyri-neft sektoruna xarici sərmayələrin cəlb edilməsi vacibdir. COP Azərbaycan üçün iqtisadi üstünlüklər və dividentlər gətirəcək.

Qeyd edək ki, bərpaolunan enerjinin quruda iqtisadi potensialı 27 GVt təşkil edir, o cümlədən külək enerjisi üzrə 3 GVt, günəş enerjisi üzrə 23 QVt, bioenerji, geotermal və kiçik çaylarının birgə potensialı 1 GVt həcmində qiymətləndirilir”.

Tarix
2024.11.11 / 16:40
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Əlcəzair liderindən Əliyevə: Bu ağrılı sınaqdan...

Təyyarəmizi vuran "Pantsir-S" sistemi nədir, necə işləyir?

Məlikovdan Əliyevə: Sizinlə birlikdə kədərlənirik...

Təyyarə qəzası necə baş verib? - Nazir danışdı

Pilotlar təyyarəni dənizə niyə endirməyiblər? - Video

Ukrayna təyyarə qəzası ilə bağlı açıqlama yaydı

Təcili: AZAL təyyarəsi qəzaya düşən kimi Rusiya bu xəbəri sildi - Video

“Qara qutu"nun incələnməsinə başlanıldı

Xaricdəki Azərbaycan evlərində xatirə guşələri yaradıldı - Foto

AŞ-nin baş katibi Azərbaycana başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla