Yuxarı

Neft bu halda bahalaşa bilər

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Neft bu halda bahalaşa bilər

Neftin qiyməti bir qədər arta bilər. Bu isə öz növbəsində Amerika Birləşmiş Ştatları (ABŞ) üçün ciddi risk təşkil edir.

ANS-in məlumatına görə, bu sözləri "Forbes" jurnalının şərhçisi Bred Маkmillan deyib. Onun proqnozlarına görə, xüsusilə neft ABŞ iqtisadiyyatına zərbə vurmaq üçün əsas vasitədir: "Tələb və təklif arasında yaranan balansdan görünür ki, neftin qiymətləri tezliklə normal səviyyəyə qayıdacaq".

Bir çox başqa analitiklər kimi, Makmillan da o fikirlə razıdır ki, neftin hazırki maya dəyərinə uyğun olaraq hər barrel üçün nəzərdə tutulan qiyməti 40-60 dollar həddində stabilləşəcək və çox güman ki, bu səviyyədə qalacaq.

Müəllif hesab edir ki, bütün bunlara baxmayaraq, bəzi amillər var ki, bu proqnoza təsir edə bilər və hər şey dəyişə bilər.

"ABŞ və bəzi digər ölkələrin neft bazarı artan tələbata uyğunlaşmağa vaxt tapmaya bilər. Xüsusilə bu, OPEK-ə üzv dövlətlərin bir-biri ilə razılığa gələcəyi və ya ABŞ-da neftin istehsalının daha sürətlə aşağı düşəcəyi halda baş verə bilər. Əgər tələbat artmağa davam edərsə və bir sıra neft ixrac edən ölkələr istehsalı bir az azaldarsa, təklifin artıq qalan hissəsi yoxa çıxacaq", - Makmillan belə düşünür.

Forbes şərhçisinin fikrincə, belə olan halda ABŞ-da iqtisadiyyatını yaxşılaşdırmaq üçün "əlverişli şərait"dən məhrum olacaq. "Forbes" şərhçisinin sözlərinə görə, itirilən şərait hazırki ucuz neftin sayəsində həyata keçirilir.

Beləliklə, Мakmillan neftin qalxacağını düşünən insanları öz arzularında ehtiyatlı olmağa çağırır.

Şərhçinin sözlərindən belə bir nəticəyə gəlmək olar ki, yaxın vaxtlarda neftin qiymətinin kəskin artımı gözlənilmir.

Tarix
2016.04.24 / 17:32
Müəllif
Axar.az
Digər xəbərlər

Mirziyayev TDT-yə yeni təkliflər verdi

Ərdoğan Bayramovu qəbul etdi

Tokayevdən Azərbaycanla bağlı çağırış

Mirziyayev Ankarada İlham Əliyevə təşəkkür etdi

AXCP sədri onların əlaltısıdır... - Deputat

Ərdoğan Bayramovla ayaqüstü söhbət etdi - Video

Bayramov Ankarada Zəngəzur dəhlizindən danışdı - Foto

Azərbaycanla sərhədlərin delimitasiyası... - Kobaxidze

Roma Papası bu kilsənin açılış mərasimi üçün Bakıya gələ bilər

Bakı Cənubi Qafqazı böyük güclərin “döyüş məkanı”ndan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla