Yuxarı

Ən aşağı kredit faizləri bu rayonlarda verilir

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ən aşağı kredit faizləri bu rayonlarda verilir

Azərbaycanda kreditlər üzrə faiz dərəcələrinin ən yüksək həddi Dağlıq Şirvan iqtisadi rayonunda (Ağsu, İsmayıllı, Qobustan və Şamaxı) qeydə alınıb.

Axar.az Yeniavaz.com-a istinadən xəbər verir ki, Mərkəzi Bankın açıqladığı sonuncu statistik göstəricilərə görə, bu rayonlarda kreditlər üzrə orta faiz dərəcəsi 19,21% olub.

Ən aşağı faiz dərəcəsi isə paytaxt Bakıda (11,68%) müşahidə olunub.

Verilən kreditlərin 76,8%-i (20,8 milyard manat) Bakı şəhərinin payına düşdüyü üçün ölkə üzrə ümumi kredit faizləri aşağı (13,04%) olub.

Xarici valyuta ilə verilən kreditlər üzrə ən yüksək faiz dərəcəsi Mil-Muğan iqtisadi rayonunda (Beyləqan, İmişli, Saatlı və Sabirabad) qeydə alınıb. Bu rayonda xarici valyuta ilə verilən kreditlər üzrə faiz dərəcəsi 15,01% təşkil edib. Xarici valyuta ilə verilən kreditlər üzrə ən aşağı faiz dərəcəsi isə Gəncə-Daşkəsən iqtisadi rayonunda qeydə alınıb - 5,09%.

Tarix
2024.12.01 / 20:55
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və Ankaraya qarşı planın əsas hədəfi - Akyar

Azərbaycan BMT-də mina təhlükəsi məsələsini qaldırdı

Qalibafdan sirli paylaşım: Çıx get! - Foto

TBMM-də çıxış: Əliyevi hədəf alanlar... – Video

Ərdoğanın İlham Əliyevi şəxsən dəvət etməsi... - Deputat

Vaqif Sadıqov etimadnaməsini Gi Parmelinə təqdim etdi

Azərbaycan və Norveç siyasi məsləhətləşmələr apardı

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

Paşinyan fikrini dəyişdi - Sülh sazişi ilə bağlı tarix...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla