Yuxarı

Qonşuda dollar bahalaşdı, Azərbaycana təsiri...

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qonşuda dollar bahalaşdı, Azərbaycana təsiri...

Son günlər Rusiyada dolların məzənnəsi artmağa başlayıb. Sonuncu statistikaya görə, Rusiya Mərkəzi Bankı dolların məzənnəsini 102,58 rubl qeyd edib. Rusiyada rublun zəifləməsinin Azərbaycana necə təsir edəcəyi maraq doğurur.

Axar.az-ın məlumatına görə, Globalinfo.az-a danışan iqtisadçı ekspert Xalid Kərimli deyib ki, Azərbaycan manatda məhsul istehsal edir, fermerlər də buna uyğun qiymət təyin edir:

“Rubl dollara görə ucuzlaşanda paralel olaraq manata görə də ucuzlaşmış olur. Məsələn, əvvəl məhsul 5 manata qoyulanda təxminən 400 rubl olurdusa, indi eyni qiymətə qoyulduqda 600 rubl olacaq. Ona görə də sözügedən proses Azərbaycandan gedən kənd təsərrüfatı məhsullarının qiymətinə mənfi təsir edəcək. Bu o deməkdir ki, Azərbaycandan eyni qiymətə satılan məhsul rus alıcısı üçün bahalaşmış olacaq. Bu halda alıcılar istənilən həcmdə məhsul ala bilməyəcək. Nəticədə satıcı qiyməti manatda və rublda endirməli olacaq. Rublun ucuzlaşması məhsul ixrac edən sahibkarlar üçün çətinlik yaradır”.

İqtisadçının sözlərinə görə, Rusiyadan vəsait göndərən azərbaycanlılar üçün də rublun ucuzlaşması müsbət hal deyil:

“Onların maaşı rublladır. Öz xərclərini çıxıb, göndərəcəkləri vəsaiti manata çevirəndə daha ucuz qiymətlə hesablandığı üçün nəticədə az pul əldə edilmiş olur”.

Tarix
2024.12.03 / 22:56
Müəllif
Axar.az
Digər xəbərlər

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla