Yuxarı

Azərbaycanda məşhur şirkətin lisenziyası ləğv edildi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda məşhur şirkətin lisenziyası ləğv edildi

Azərbaycan Mərkəzi Bankı (AMB) Plato Capital and Co. İnvestisiya Şirkəti ASC-nin lisenziyasını ləğv edib.

AMB-dən Axar.az-a verilən məlumata görə, qurumun İdarə Heyətinin qərarı ilə fəaliyyətində yol verdiyi pozuntuların aradan qaldırılmasına dair icrası məcburi göstərişlərə əməl edilməməsinə görə “Qiymətli kağızlar bazarı haqqında” qanunun 70.1.6-cı maddəsinə uyğun olaraq investisiya şirkətinin lisenziyası ləğv olunub.

Qanunun 70.3-cü maddəsinə müvafiq olaraq lisenziyası ləğv edilən investisiya şirkəti Mülki Məcəlləyə uyğun olaraq ləğv edilir.

Bununla da, Azərbaycanda lisenziyası olan investisiya şirkətlərinin sayı 12-yə düşüb.

“Plato Capital and Co.”nu 2002-ci ildə hazırda ləğv prosesində olan Texnika Bank ASC "Texnika Kapital Menecment" adı ilə yaradıb. İnvestisiya şirkəti 2015-ci ildə adını "Kapital Menecment"ə, 2018-ci ildə "Plato Menecment"ə dəyişib, 2019-cu ildə yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 816 min manatdır. İnvestisiya şirkətinin səhmdarları 99% payla Red Block MMC və 1% payla Leyla Hacıyevadır.

Tarix
2024.12.12 / 13:20
Müəllif
Axar.az
Digər xəbərlər

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla