Yuxarı

Naxçıvanda 33 milyon manatın bərpası ilə bağlı qərar

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Naxçıvanda 33 milyon manatın bərpası ilə bağlı qərar

Bu ilin yanvar-noyabr aylarında Hesablama Palatası Naxçıvan Muxtar Respublikasında 7 audit keçirib, bunlarının hamısının nəticələri artıq rəsmiləşdirilib.

Axar.az Palataya istinadən xəbər verir ki, bunu qurumun sədri Vüqar Gülməmmədov bu gün Naxçıvan şəhərində keçirilmiş Maliyyə Forumunda bildirib.

"Auditlər nəticəsində 32,5 milyon manat vəsaitin pul, natura və əvəzləşmə formasında bərpa edilməsinə dair qərar qəbul olunub. Eyni zamanda, 5 auditin nəticələri üzrə materiallar hüquq-mühafizə orqanlarına göndərilib. Həmçinin səlahiyyətləri çərçivəsində tədbirlər görülməsi üçün 5 auditin nəticələri yerli Nazirlər Kabinetinə təqdim olunub", - deyə o qeyd edib.

Sədrin sözlərinə görə, pozuntulara səbəb olan faktların araşdırılması göstərir ki, qurumların daxili nəzarət mexanizmlərində zəiflik var:

"Məsul şəxslərin məsuliyyətini tam dərk etməməsi, eləcə də sahə üzrə kifayət qədər bacarıqlara və biliklərə malik olmaması nöqsanların yaranması ilə nəticələnir. Hesab edirik ki, müxtəlif dövlət orqanlarının, o cümlədən Maliyyə Nazirliyi və Hesablama Palatasının Naxçıvanda dövlət sektoru üzrə sağlam maliyyə idarəedilməsinə dəstək göstərməsi vacibdir. Bu, maliyyə intizamının yüksəldilməsinə də səbəb olacaq. Məhz bunlar diqqətə alınmaqla, bu kimi görüşləri, bəzi hallarda işçi qaydada seminarların keçirilməsi üçün təşəbbüsləri dəstəkləyirik".

Tarix
2024.12.18 / 18:14
Müəllif
Axar.az
Digər xəbərlər

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla