Yuxarı

Serbiyanın Azərbaycandan gözləntisi budur - Handanoviç

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Serbiya bu qış Azərbaycandan gündəlik 2 milyon kubmetrə qədər qaz tədarükü gözləyir.

Axar.az Report-a istinadla xəbər verir ki, bu barədə Serbiyanın mədənçilik və energetika naziri Dubravka Cedoviç-Handanoviç bildirib.

Onun sözlərinə görə, enerji böhranı hələ başa çatmayıb və Serbiya qışa maksimum yaxşı hazırlaşmaq və bazar tendensiyalarından mümkün qədər az asılı olmaq üçün əlindən gələni edib.

"Biz İES və SES-ləri təmir etdik, qaz anbarlarını doldurduq. Hazırda "Banatski dvor" yeraltı qaz anbarında və Macarıstanda ümumilikdə təxminən 440 milyon kubmetrə yaxın qaz saxlanılır. Biz həmçinin “Banatski dvor”un genişləndirilməsi layihəsinə başladıq ki, bu da onun gücünü əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək. Əlavə olaraq, biz Rusiya və Azərbaycandan qaz tədarükünü təmin etmişik", - nazir qeyd edib.

O əlavə edib ki, Azərbaycan və Rusiya ilə əməkdaşlıq Serbiyaya sabit və təhlükəsiz qaz təchizatını təmin edir.

"Serbiya “Qazprom”la əməkdaşlıq sayəsində Balkanlar vasitəsilə təhlükəsiz qaz təchizatına malikdir. Azərbaycanla müqavilələr bizə əlavə təhlükəsizlik verir, çünki bu qış biz onlardan gündəlik iki milyon kubmetrə qədər qaz ala biləcəyik. Bu qaz təkcə istilik elektrik stansiyaları və sənayenin təchizatı üçün deyil, həm də Niş şəhəri yaxınlığında inşa etməyi planlaşdırdığımız qaz elektrik stansiyası üçün enerji mənbəyi kimi vacibdir. Bu yaxınlarda Azərbaycandan nümayəndə heyəti Serbiyaya səfər edib və tezliklə bu strateji əhəmiyyətli layihə üzrə əməkdaşlıq haqqında saziş imzalayacağıq", - V.Dubrovka əlavə edib.

O vurğulayıb ki, qaz elektrik stansiyaları istehlakın yüksək olduğu dövrlərdə böyük əhəmiyyət kəsb edir, çünki sabit baza enerjisi mənbəyidir.

Xatırladaq ki, 2023-cü il noyabrın 15-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Serbiyanın “Srbijaqas” şirkəti arasında Azərbaycan qazının Serbiyaya tədarükü haqqında müqavilə bağlanıb. Müqavilə 2024-2026-cı illərdə bu ölkəyə 400 milyon kubmetrə qədər Azərbaycan qazının tədarükünü nəzərdə tutur və 2027-ci ildən etibarən bu həcm artırıla bilər. Bundan başqa, SOCAR və “Srbijagas” şirkəti tərəfindən 1 noyabr 2024-cü il - 1 aprel 2025-ci il tarixləri arasında əlavə gündəlik 1 milyon kubmetr qazın alqı-satqısı haqqında müqavilə imzalanıb.

Tarix
2025.01.01 / 13:24
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı müstəmləkə əsarəti altında olanlara dəstək verəcək

Əliyev bunun qarşısını alacaq yeganə liderdir – İsrail mediası

Saakaşvilidən İlham Əliyev haqda heyrətamiz sözlər

Əli Əsədov Gürcüstan prezidenti ilə görüşdü

Bayramov Çinin yeni səfiri ilə görüşdü

Mixail Kavelaşvili Azərbaycana gəldi - Foto

Hakan Fidan Ceyhun Bayramovu bu cür yola saldı - Video

Sahibə Qafarova Hulusi Akarla görüşdü - Foto

Qarabağ Zəfəri qlobal təhlükələrə qarşı... - Akar

“Azərbaycanla müharibə olacaq” deyənlərə üz tuturam...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla