Yuxarı

AMB-də yeni departamentlər yaradıldı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
AMB-də yeni departamentlər yaradıldı

Azərbaycan Mərkəzi Bankında (AMB) struktur dəyişiklikləri həyata keçirilib.

Axar.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Qurumun Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamenti ləğv edilərək onun bazasında 2 yeni departament yaradılıb. Bunlar, Bankların fəaliyyətinə nəzarət departamenti və Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentidir.

1-ci departamentə direktor Samir Rzayev, 2-ci departamentinə direktor isə Xəyyam İsmayılov təyin edilib.

S.Rzayev indiyə qədər AMB-nin Maliyyə monitorinqi departamentinin direktoru, X.İsmayılov ləğv edilmiş Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin şöbə rəisi olub. Maliyyə monitorinqi departamentinə rəhbərlik Orxan Abdullayevə həvalə olunub.

Bundan başqa, AMB-də Beynəlxalq əməkdaşlıq və kommunikasiya departamenti yaradılıb. Ona hələ ki, direktor təyin olunmayıb.

Eyni zamanda, Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Fuad Səbziyev vəzifəsindən azad edilib.

Tarix
2025.01.07 / 10:41
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla bu ölkə arasında viza rejimi sadələşdirilir

Bayramov Arakçı ilə görüşdü: Nələr müzakirə edildi?

Bayramov Hindistan-Pakistan münasibətlərindən danışdı

XİN rəhbəri cibutili həmkarı ilə görüşdü

Tramp İlham Əliyevdən sitat gətirdi

Azərbaycan bu qondarma seçkiləri tanımır - XİN

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Kərim Vəliyev Kılınçla birgə təlimi müzakirə etdi

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

Ermənilər sanitar qovşağı da aparmışdılar... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla