Yuxarı

“Şahdəniz”dən tədarük dayandı: Azərbaycanlı qardaşlarımız… - Vuçiç

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Şahdəniz”dən tədarük dayandı: Azərbaycanlı qardaşlarımız… - Vuçiç

Yanvarın 11-də Azərbaycan Serbiyaya “Şahdəniz” yatağındakı problemlərə görə qaz verə bilməyəcəyi ilə bağlı xəbərdarlıq edib.

Axar.az xəbər verir ki, bu sözləri Serbiya Prezidenti Aleksandr Vuçiç ABŞ dövlət katibinin idarəetmə və resurslar üzrə müavini ilə Riçard Verma görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

“Biz azərbaycanlı qardaşlarımızdan və dostlarımızdan bildiriş aldıq ki, "Şahdəniz" yatağındakı problemlər səbəbindən bu gündən aldığımız gündəlik 1,7 milyon kubmetr qaza arxalana bilmərik. Qaz təchizatının bərpa müddəti isə bəlli deyil. Bu o deməkdir ki, bu gündən biz ehtiyatlarımızı daha güclü və daha çox xərcləməyə başlayacağıq", - Vuçiç bildirib.

O, Azərbaycanın texniki problemi bir-iki aya düzəldəcəyinə ümid etdiyini vurğulayıb.

Vuçiç etiraf edib ki, qışda istehlak daha çox olur və bütün ehtiyatları xərclənməli olacaq, lakin qaz və neft qıtlığının olmayacağına əmindir.

“BP Azərbaycan"dan Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Bolqarıstan və Serbiyaya qazın nəqlinin dayandırılması Şahdəniz Alfa (SDA) platforması ilə Səngəçal terminalı arasında sualtı kondensat ixrac xəttində aşkar edilən texniki nasazlıqla bağlıdır:

“Əməliyyat səbəbi ilə SDA platformasından istehsal və ixrac müvəqqəti olaraq dayandırılıb və platformanın özü təhlükəsiz şəkildə bağlanıb. Platformada şəxsi heyət üçün heç bir təhlükə yoxdur və ətraf mühitə heç bir təsir qeydə alınmayıb. Bütün dəniz obyektləri, o cümlədən SDA platforması və boru kəməri də təhlükəsiz vəziyyətdədir”.

BP qeyd edib ki, hazırda nasazlığın aradan qaldırılması və mümkün qədər tez normal fəaliyyətinin bərpası istiqamətində işlər aparılır.

Bundan əvvəl analoji səbəbdən Azərbaycandan Bolqarıstana təbii qazın nəqli dayandırılmışdı. Bolqarıstanın enerji operatoru "Bulqarqaz"ın verdiyi məlumata görə, 7 yanvar 2025-ci il tarixindən etibarən qaz təchizatı texniki səbəblərdən müvəqqəti olaraq dayandırılıb.

“Azərbaycan tədarükçüsündən qaz təchizatının müvəqqəti dayandırılması barədə bildiriş 6 yanvar 2025-ci il tarixində alınıb”, - deyə "Bulqarqaz" bildirib.

Tarix
2025.01.12 / 00:37
Müəllif
Axar.az
Digər xəbərlər

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

Putindən Azərbaycanla bağlı açıqlama...

Məkkə Sazişi: İrana qarşı “sünni bloku”, yoxsa…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla