Yuxarı

Dünya Bankı Azərbaycanla bağlı proqnozunu açıqladı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünya Bankı Azərbaycanla bağlı proqnozunu açıqladı

Dünya Bankı Azərbaycanın ÜDM-nin 2025-ci ildə 2,7%, 2026-cı ildə isə 2,4% artacağını proqnozlaşdırır.

Axar.az xəbər verir ki, bu barədə bankın "Qlobal İqtisadi Perspektivlər" hesabatının yanvar buraxılışında qeyd olunub.

Dünya Bankının proqnozları oktyabr qiymətləndirmələri ilə müqayisədə dəyişməz qalıb. Hesabata görə, 2024-cü ildə Azərbaycan iqtisadiyyatı 4% artıb ki, bu da 2023-cü ilin 1,1%-lik göstəricisindən xeyli yüksəkdir.

Bankın proqnozlarına görə, Cənubi Qafqaz ölkələrinin ümumi ÜDM artımı 2025-ci ildə 3,9% (oktyabr proqnozundan 0,2 faiz bəndi çox), 2026-cı ildə isə 3,4% səviyyəsində olacaq.

Dünya Bankı qeyd edir ki, qlobal iqtisadiyyat üçün risklər azalma istiqamətində qalır. Bank əsas təhdidlər arasında geosiyasi gərginliyi, xüsusilə də Ukraynada münaqişə ilə bağlı qeyri-müəyyənliyin Avropa və Mərkəzi Asiya (ECA) regionunun iqtisadi perspektivlərinə təzyiq göstərməyə davam etdiyini qeyd edib.

Dünya Bankı, növbəti risk kimi ECA ölkələrində ticarət məhdudiyyətlərinin artmasını qeyd edir. 2024-cü ilin əvvəlindən burada 585-dən çox məhdudlaşdırıcı tədbir tətbiq edilib ki, bu da proteksionizmi gücləndirir və ticarət fəaliyyətini azaldır.

Hesabat müəlliflərinin fikrincə, inflyasiya riskləri xidmətlərin dəyərinin artması, enerji resurslarından asılılıq və dezinflyasiyanın gecikmələri ilə bağlıdır.

Regionda hərbi xərclər artaraq 2023-cü ildə ÜDM-in 4%-nə çatıb ki, bu da 2010-2021-ci illərin orta göstəricisindən iki dəfə çoxdur. "Artım xüsusilə müdafiə xərclərinin ÜDM-in təxminən üçdə birini təşkil etdiyi Ukraynada və Rusiyada nəzərə çarpır", - hesabatda qeyd olunur.

Dünya Bankı hesab edir ki, Mərkəzi Asiya və Cənubi Qafqaz iqtisadiyyatları Rusiyadan pul axınının azalmasına qarşı həssas olaraq qalır. Məsələn, Tacikistanda pul köçürmələri ÜDM-in təxminən 40%-ni təşkil edir ki, bu da ölkəni Rusiyadakı iqtisadi vəziyyətdən xüsusilə asılı edir.

"İqlim dəyişikliyi ilə bağlı risklər ECA regionu üçün ciddi problem olaraq qalır. Əhalinin təxminən 21%-i quraqlıq təhlükəsinə məruz qalır ki, bu da dünyada ən yüksək göstəricilərdən biridir", - hesabatda deyilir.

Qeyd edək ki, Azərbaycan İqtisadiyyat Nazirliyi ölkənin ÜDM-nin 2025-ci ildə 3,5%, 2026-cı ildə isə 2,8% artacağını proqnozlaşdırır. Eyni zamanda, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ildə ölkənin ÜDM-i 4,1% artıb.

Tarix
2025.01.17 / 01:48
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq - Video

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

DJ Tural izah etdi: Arzumun günahı yoxdur - Video

Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?

Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır

İlham Əliyev Trampı təbrik etdi

Azərbaycan ABŞ-ı təbrik etdi

ABŞ-dakı dostlarımızı ürəkdən təbrik edirik - Hacıyev

"Demokratiyaya dəstək": İrəvan savaşa hazırlanır?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla