Yuxarı

Azərbaycanın dövlət borcu açıqlandı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanın dövlət borcu açıqlandı

Bu il yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcu 5 milyard 160 milyon ABŞ dolları (8 milyard 772 milyon manat) ekvivalentində və yaxud Ümumi Daxili Məhsulun (ÜDM) 6,9%-i qədər, daxili dövlət borcu isə 18 milyard 659,7 milyon manat və yaxud ÜDM-in 14,8%-i qədər olub.

Axar.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, ötən il yanvarın 1-i ilə müqayisədə xarici dövlət borcu 20,4% azalıb, daxili dövlət borcu isə 17,6% artıb. Bu, dövlət qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi və “Dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”sına uyğun olaraq xarici borcun daxili borcla əvəzlənməsi istiqamətində məqsədyönlü daxili borclanma siyasətinin həyata keçirilməsi nəticəsində baş verib.

Beləliklə, ötən ilin sonuna ölkənin dövlət borcu 27 milyard 431,7 milyon manat təşkil edib ki, bu da əvvəlki ilin sonuna nisbətən 2% çoxdur.

2024-cü ildə Azərbaycanın dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər 1 milyard 295,5 milyon manat təşkil edib.

Bundan daxili dövlət borcu üzrə 170,3 milyon manat (faiz borcu üzrə), xarici dövlət borcu üzrə isə 1125,2 milyon manat (əsas borc üzrə 850 milyon manat, faiz borcu üzrə 275,2 milyon manat) ödənilib.

Dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı nəzərdə tutulmuş vəsait bundan 0,1 milyon manat çox olduğu üçün qənaət olunmuş məbləğ (bank xərci) “Dövlət borcu haqqında” qanuna uyğun olaraq “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu”na köçürülüb.

Tarix
2025.01.28 / 14:02
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

Jalə Bədirova "Yeni Klinika"da yüksək vəzifəyə təyin olundu

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

Kobaxidzedən Əliyevin Naxçıvanda verdiyi mesajlara reaksiya

Zelenski azərbaycanlı hərbçiləri təltif etdi

İran prezidenti ilə bağlı şok faktlar: Bunlardan məhrumdur!

Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasında...

İlham Əliyevin Naxçıvan səfəri: Strateji dönüş nöqtəsi...

Azərbaycan ABŞ-ın köməyinə ümid edir - Səfir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla