Yuxarı

Manatla geniş pul kütləsi artdı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Manatla geniş pul kütləsi artdı

Bu ilin yanvarın 1-nə Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 46 milyard 494,8 milyon manat təşkil edib.

Axar.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 4% çox, 2024-cü ilin əvvəlinə nisbətən 3,2% çoxdur.

O cümlədən, manatla pul kütləsinin (M2 aqreqatı) həcmi ötən ilin dekabrın 31-nə 36 milyard 652 milyon manat təşkil edib. Bu, aylıq göstəricidən 5,8%, 2024-cü ilin əvvəlinə nisbətən 3,6% çoxdur.

Hesabat dövrünə M1 pul aqreqatı 29 milyard 647,2 milyon manat olub ki, bu da aylıq müqayisədə 7% çox, 2024-cü ilin əvvəlinə nisbətən 0,1% azdır.

2024-cü ilin dekabrın 31-nə banklardan kənarda olan nağd pul kütləsi (M0 aqreqatı) 15 milyard 857,9 milyon manat təşkil edib. Bu, aylıq müqayisədə 1,6% çox, ötən ilin əvvəlinə nisbətən 0,1% azdır.

Tarix
2025.02.01 / 13:50
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov Hindistan-Pakistan münasibətlərindən danışdı

XİN rəhbəri cibutili həmkarı ilə görüşdü

Tramp İlham Əliyevdən sitat gətirdi

Azərbaycan bu qondarma seçkiləri tanımır - XİN

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Kərim Vəliyev Kılınçla birgə təlimi müzakirə etdi

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

Ermənilər sanitar qovşağı da aparmışdılar... - Prezident

İlham Əliyev müşavirə keçirdi - Foto

Kərkidən əvvəl bu ərazilər Azərbaycana təhvil veriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla