Yuxarı

Dünya Bankı ilə Azərbaycan yeni kredit sazişi imzalayacaq

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünya Bankı ilə Azərbaycan yeni kredit sazişi imzalayacaq

Yaxın günlərdə Dünya Bankı ilə Azərbaycan hökuməti arasında məşğulluğun dəstəklənməsi ilə bağlı layihənin (AESP) əlavə maliyyələşdirilməsi üzrə saziş imzalanacaq.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə Dünya Bankı məlumat yayıb.

Bildirilib ki, 2024-cü ilin iyul ayında özünüməşğulluq proqramının genişləndirilməsi üçün 150 milyon ABŞ dolları məbləğində əlavə maliyyələşdirmə təsdiq edilib.

Əlavə maliyyələşdirmə Azərbaycanın özünüməşğulluq proqramını dəstəkləməyə davam edəcək və iqtisadi fəaliyyətin şaxələndirilməsi və şoklara davamlılığın təmin edilməsi üçün istehsal və xidmətlər kimi yeni sektorlara genişləndirilməsini təmin edəcək.

Bundan əlavə, bu maliyyələşdirmə benefisiarlara təkmilləşdirilmiş pul qrantları sxemini sınaqdan keçirmək imkanı verəcək. Bununla onlar öz bizneslərini genişləndirmək üçün vəsaitlərdən istifadə edə biləcəklər.

AESP üçün əlavə maliyyələşdirmə, həmçinin Azərbaycan Dövlət Məşğulluq Agentliyinin işaxtaranlar üçün xidmət və proqramlar spektrini genişləndirmək imkanlarını təkmilləşdirəcək. Bu yeni dəstək sayəsində agentlik iş yerində təlim, əməkhaqqı subsidiyaları, peşə təlimi və müəyyən peşələr üçün sertifikatlaşdırma haqqının ödənilməsi kimi əlavə aktiv əmək bazarı tədbirlərini həyata keçirəcək. Bu proqramların iş axtaranların məşğulluğunu stimullaşdıracağı və onların istehsal, eləcə də xidmət sektorunda məşğulluq imkanlarını artıracağı gözlənilir.

Qeyd edək ki, bu günə qədər layihə çərçivəsində 100 milyon ABŞ dolları məbləğində ümumi öhdəlikdən 87.8 milyon ABŞ dolları ayrılıb.

Ötən ilin noyabr ayının sonuna olan məlumata görə, 80 mindən çox müraciət daxil olub ki, bunlardan 29 mindən çox iştirakçı seçilib. 27 mindən çox insan biznes bacarıqları üzrə təlim keçib və təxminən 19 min iştirakçı öz işini idarə etmək üçün aktivlər əldə edib.

Xatırladaq ki, layihə 2020-ci ildə başlayıb və Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Layihənin icra müddəti 2029-cu ilin dekabrın 31-dək uzadılıb.

Tarix
2025.02.03 / 16:28
Müəllif
Axar.az
Digər xəbərlər

Nardaranda polis öldürən Hərəkata Avropa “vəsiqə” verir?

Bakı və İrəvanın bu addımı dünya üçün nümunədir - Bəyanat

Bakı, İrəvan və Vaşinqton Birgə Bəyanat yaydı

Taleh Avropada “nümayəndəlik” açdı: Kimlər himayə edir?

Azərbaycan Kolumbiyaya başsağlığı verdi

Məmurların adından “təcili” pul istəyirlər - DTX

Trampın İranla bağlı sualına İlham Əliyevin cavabı...

Ermənistan bazarı tərk etdi: Bakı milyonlar qazanır

Azərbaycan XİN Ekvadoru təbrik etdi

Litvanın baş naziri İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla