Yuxarı

Azərbaycan iqtisadiyyatı 2025-ci ildə neçə faiz böyüyəcək?

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan iqtisadiyyatı 2025-ci ildə neçə faiz böyüyəcək?

“Mudis İnvestors” beynəlxalq reytinq agentliyi 2025-cü ildə Azərbaycan iqtisadiyyatının təxminən 4% artacağını proqnozlaşdırır.

Axar.az Report-a istinadən xəbər verir ki, ölkə iqtisadiyyatı gözləniləndən daha sürətlə böyüyüb.

2024-cü ildə real ÜDM-in artımı 4,1% təşkil edib ki, bu da 2023-cü ildəki 1,1%-lik mülayim artımdan və iyulda gözlənilən 3%-lik göstəricidən əhəmiyyətli dərəcədə yüksəkdir. Bu inkişaf əsasən qeyri-neft sektorunun artımı ilə dəstəklənib və sektorun ötənilki artımı 6,2% olub.

Hesabatda qeyd edilir ki, karbohidrogen qiymətlərinin mülayimləşməsi və büdcə xərclərinin artması nəticəsində 2024-cü ildə konsolidə edilmiş fiskal profisit ÜDM-in təxminən 4%-i səviyyəsində olub. Bu, 2023-cü ildəki 8,2%-lik profisitlə müqayisədə azalmadır.

Buna baxmayaraq, agentlik dövlət büdcəsi kəsirinin ÜDM-in 1-2%-i səviyyəsində qalacağını proqnozlaşdırır:

"Bu, borc ehtiyaclarını məhdudlaşdıracaq və borc yükünü ÜDM-in 30%-dən aşağı saxlayacaq".

"Mudis" qeyd edir ki, bu göstərici oxşar reytinqə malik ölkələr və Qazaxıstan (“Baa1” stabil) kimi digər neft istehsalçıları üçün olan medianadan xeyli aşağıdır və Azərbaycanın əsas kredit üstünlüklərindən biri hesab edilir.

Tarix
2025.02.05 / 19:12
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

Jalə Bədirova "Yeni Klinika"da yüksək vəzifəyə təyin olundu

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

Kobaxidzedən Əliyevin Naxçıvanda verdiyi mesajlara reaksiya

Zelenski azərbaycanlı hərbçiləri təltif etdi

İran prezidenti ilə bağlı şok faktlar: Bunlardan məhrumdur!

Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasında...

İlham Əliyevin Naxçıvan səfəri: Strateji dönüş nöqtəsi...

Azərbaycan ABŞ-ın köməyinə ümid edir - Səfir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla