Yuxarı

Azərbaycanda inflyasiya ilə bağlı proqnoz...

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda inflyasiya ilə bağlı proqnoz...

Niderlandın ən böyük bank qrupu olan "İNG Group" Azərbaycanda 2025-ci il üçün orta illik inflyasiyanı 4,8%, 2026-cı il üçün isə 4,7% səviyyəsində proqnozlaşdırır.

Axar.az ING-yə istinadən xəbər verir ki, bu proqnozlar yanvar ayında verilən gözləntiləri müvafiq olaraq 0,4 və 0,2 faiz bəndi üstələyir.

Bankın proqnozuna əsasən, Azərbaycanda 2025-ci ilin birinci rübündə orta illik inflyasiya 5,4%, ikinci rübdə 5,7%, üçüncü və dördüncü rüblərdə isə 4% təşkil edəcək. 2026-cı ilin son rübündə bu göstəricinin 5,6% olacağı gözlənilir.

İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, 2025-ci ildə illik inflyasiya 4,6%, 2026-cı ildə isə 4% səviyyəsində olacaq. Azərbaycan Mərkəzi Bankının 2025-ci ilin yanvar ayında yenilənmiş proqnozuna görə, cari ildə inflyasiya 5,5%, 2026-cı ildə isə 3,8% təşkil edəcək.

BMT-nin gözləntilərinə görə, bu il 3,6%, 2026-cı ildə isə 3,1% səviyyəsində olacaq.

Qeyd edək ki, ötən il Azərbaycanda orta illik inflyasiya 2,2% təşkil edib.

Tarix
2025.02.06 / 18:51
Müəllif
Axar.az
Digər xəbərlər

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla