Yuxarı

Azərbaycan 3 ölkədən qızıl tədarük etməyə başladı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il Azərbaycan 3 milyard 313 milyon ABŞ dolları dəyərində 41 078 kiloqram qızıl (qızıl, digər yarımişlənmiş formalarda çubuqlar, məftil və profillər, lövhələr, istənilən altlıq nəzərə alınmadan qalınlığı 0,15 mm-dən çox olan vərəqlər, zolaqlar və ya lentlər) idxal edib.

Axar.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Hesablamalara əsasən, bu, bir il əvvəlki göstəricidən dəyər ifadəsində 971 dəfə, kəmiyyət olaraq – 507 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Avstraliyadan 1 milyard 452 milyon ABŞ dolları dəyərində 18 158 kiloqram (4 il 3 aydan sonra tədarük bərpa edilib), Amerika Birləşmiş Ştatlarından 1 milyard 57 milyon ABŞ dolları dəyərində 12 913 kiloqram (4 il 6 aydan sonra tədarük bərpa edilib), Meksikadan 171,22 milyon ABŞ dolları dəyərində 2 012 kiloqram, Qazaxıstandan 169,1 milyon ABŞ dolları dəyərində 1 919 kiloqram, Rusiyadan 160,63 milyon ABŞ dolları dəyərində 1 985 kiloqram qızıl alıb.

Ötən il Azərbaycan 10 ölkədən qızıl idxal edib. Son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Meksika, Qazaxıstan və Rusiyadan tədarük həyata keçirilib.

Azərbaycan 2024-cü ildə 212 milyon ABŞ dolları dəyərinə (+30 %) 4 272 kiloqram (+15 %) qızıl ixrac edib.

Ötən il İsveçrəyə 211,76 milyon ABŞ dolları dəyərində (+30 %) 4 270 kiloqram (+15 %) və Birləşmiş Ərəb Əmirliklərinə 150 min ABŞ dolları dəyərində 2 kiloqram (bir il əvvəl tədarük olmayıb) qızıl satılıb.

Tarix
2025.02.13 / 15:01
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvan Bakıya imtina edilməyəcək təklif verib - Manukyan

Ölkəmizə 3 ildə neçə Rusiya və Ukrayna vətəndaşı gəlib?

Ukraynadan qalib çıxsa, Kreml qonşularına “qayıdacaq”

Azərbaycan QHT-ləri Tramp və Maska müraciət etdi

Tramp Bakının da iştirakçısı olduğu dəhlizi bloklayır

Ermənistanda nə qədər əhali var? – Fransa nəşri

Somali prezidenti Səngəçal neft terminalında oldu

İrəvandan Zəngəzur dəhlizi ilə bağlı daha bir açıqlama

Erməni dərsliklərindən “Qarabağ mövzusu” çıxarıldı

Bakı “Sputnik Azərbaycan” və BCC ilə bağlı qərar verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla