Yuxarı

Axar.Az Logo carnation

Bu ilin ilk ayında ÜDM azaldı - Səbəb

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu ilin ilk ayında ÜDM azaldı - Səbəb

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin ilk ayında Azərbaycanda 9 milyard 430 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Bu, əvvəlki ilin eyni ayı ilə müqayisədə 0,9 faiz azalma deməkdir. ÜDM-də azalmanın əsas səbəbi neft-qas sektorunda hasilatın aşağı düşməsidir.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili, iqtisadçı alim Vüqar Bayramov qeyd edib.

O bildirib ki, bu ilin ilk ayında neft-qaz sektorunda əlavə dəyər 4,0 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 1,0 faiz artıb:

"Digər tərəfdən, həmin müddətdə əmtəəlik neft hasilatı 6,6 faiz, əmtəəlik qaz hasilatı isə 4,8 faiz azalıb. Bütövlükdə isə neft-qaz sektorunda sənaye 4,5 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 9,9 faiz artıb.

2025-ci ilin ilk ayında ÜDM-də azalmanın qeydə alınmasına rəğmən iqtisadi artımın sonrakı aylarda bərpa ediləcəyi gözlənir. ÜDM-də azlamaya rəğmən qeyri-neft-qaz sahəsindəki 9,9 faiz artım bu il qeyri-resurs sektorunun iqtisadi artımda drayver olacağından xəbər verir. Neft-qaz sənayesindəki azalma həmçinin mövsümi faktorlar ilə bağlıdır. Bu baxımdan, 2025-ci il üçün proqnozlaşdırılan iqtisadi artım tempinə illik yekunda nail olunacağı gözlənilir".

Tarix
2025.02.13 / 16:26
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğanın oğlu Gəncədə Şəhidlər xiyabanında... - Foto

Türkiyə və Azərbaycan XİN başçıları danışdı

İlham Əliyev Finlandiyanın prezidenti ilə görüşdü - Foto

İlham Əliyev Məsrur Bərzani ilə görüşdü - Foto

Prezidentin "Avronyus"a müsahibəsindən görüntülər - Video

2026-da Azərbaycanla müharibə riski... - Ermənistan kəşfiyyatı

Tehran xalqı aksiyalara səsləyən əsas şəxsin adını belə çəkmir

Xəzər dənizinin taleyini həll etməliyik - Tokayev

Prezident Davosda "Avronyus"a müsahibə verdi - Foto

Deputat: 20 Yanvar faciəsi terrorun bariz nümunəsi idi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla