Yuxarı

Dünya Bankından Azərbaycanla bağlı proqnoz

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünya Bankından Azərbaycanla bağlı proqnoz

Dünya Bankı 2025-ci ildə Azərbaycanda iqtisadi artımı 2,7% səviyyəsində proqnozlaşdırır.

Axar.az xəbər verir ki, bu barədə Report-a Dünya Bankından məlumat verilib.

Bankın proqnozlarına əsasən, ölkədə ÜDM-in artım tempi 2026-cı ildə 2,4%-ə, 2027-ci ildə 2,3%-ə, 2028-2029-cu illərdə isə 2,2%-ə qədər azalacaq. 2025-2029-cu illərdə Azərbaycan iqtisadiyyatı orta hesabla ildə 2,4% artacaq.

Bankın hesablamalarına görə, əsas yataqların (Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlar bloku) köhnəlməsi səbəbindən neft hasilatı azalmağa davam edəcək, təbii qaz hasilatı (“Şahdəniz” yatağında) isə 2024-2025-ci illərdəki pik səviyyələrdən sonra sabitləşəcək.

İqtisadiyyatın qeyri-resurs sektorları, əsasən xidmət və tikinti sektoru ildə 4% səviyyəsində artım nümayiş etdirəcək. Tikinti sektoru, güman ki, dövlət investisiyalarına meylli olacaq.

Dünya Bankından bildirilib ki, iqtisadiyyatda dövlətin yüksək payı, maliyyə bazarının zəif inkişafı və kifayət qədər insan kapitalının olmaması kimi əsas struktur məhdudiyyətləri aradan qaldırılarsa, ortamüddətli perspektivdə artım templəri sürətlənə bilər. Bunun üçün isə son vaxtlar qəbul edilmiş rəqabət qanunu və maliyyə sektorunda normativ-hüquqi aktlarının səmərəli şəkildə həyata keçirilməsi lazımdır.

Dünya Bankının proqnozlarına görə, ölkənin xarici və fiskal vəziyyəti ortamüddətli perspektivdə dayanıqlı olaraq qalacaq, hərçənd karbohidrogen gəlirlərinin hasilat həcmlərinə uyğun olaraq azalması səbəbindən profisitlərin azalacağı gözlənilir.

“Eyni zamanda iqtisadi proqnozlar geosiyasi amillər, qlobal iqtisadi dəyişikliklər və iqlim çağırışları da daxil olmaqla bir sıra risklərə məruz qalır”, - bankdan qeyd edilib.

Xatırladaq ki, Azərbaycan İqtisadiyyat Nazirliyi 2025-cü ildə ÜDM-in artımını 3,5%, Mərkəzi Bank isə 3,3% səviyyəsində proqnozlaşdırır.

Beynəlxalq reytinq agentliklərinin 2025-2026-cı illər üzrə Azərbaycan iqtisadiyyatının artımı ilə bağlı proqnozları dəyişir: “S&P Global” - illik 2%, “Fitch Ratings” - 2025-ci ildə 3% və 2026-cı ildə 2,4%, “Moody's” - illik 2,5%. Niderlandın ING bankı isə ölkədə iqtisadi artımın bu il 2,6%, gələn il isə 2,8% səviyyəsində olacağını gözləyir.

2024-cü ildə Azərbaycan iqtisadiyyatı 4,1% artıb.

Tarix
2025.03.01 / 14:09
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

Jalə Bədirova "Yeni Klinika"da yüksək vəzifəyə təyin olundu

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

Kobaxidzedən Əliyevin Naxçıvanda verdiyi mesajlara reaksiya

Zelenski azərbaycanlı hərbçiləri təltif etdi

İran prezidenti ilə bağlı şok faktlar: Bunlardan məhrumdur!

Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasında...

İlham Əliyevin Naxçıvan səfəri: Strateji dönüş nöqtəsi...

Azərbaycan ABŞ-ın köməyinə ümid edir - Səfir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla