Yuxarı

"Azəriqaz"a 344 min manata yaxın ziyan dəyib

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Azəriqaz"a 344 min manata yaxın ziyan dəyib

"Azəriqaz" İstehsalat Birliyi tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarının qarşısını almaq məqsədi ilə həyata keçirilən tədbirlər davam etdirilir.

"Axar.az" ARDNŞ-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, görülmüş işlərin nəticəsində məlum olub ki, cari ilin yanvar ayında Birlik üzrə təbii qazdan istifadə qaydalarının pozulmasına görə 3 439 600 kubmetr həcmində təbii qaz itirilib. Bu pozuntulara yol vermiş 2323 istehlakçının qaz təsərrüfatına müvafiq qüsur aktı tərtib olunub.

Tərtib olunmuş həmin aktlara əsasən, dəymiş ziyan 343 960 manat dəyərində hesablanıb. Aşkar olunmuş digər qüsurların aradan qaldırılması üçün də müvafiq tədbirlərin görülməsi barədə yazılı tapşırıqlar verilib.

"Azəriqaz" İB təbii qazdan istifadə qaydalarının pozulmasının qarşısının alınmasına yönəlmiş tədbirlərini bundan sonra da davam etdirəcək.

Tarix
2014.02.20 / 20:18
Müəllif
Axar.az
Digər xəbərlər

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla