Yuxarı

Bu ÜDM artımı ilə AB ölkələrinə çatmaq olar? – Millət vəkili

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu ÜDM artımı ilə AB ölkələrinə çatmaq olar? – Millət vəkili

Bizim ümumi daxili məhsulda 4,7 faizlik artım müşahidə olunub. Hörmətli hökumət üzvləri, Qərbi Avropa ölkələrində adam başına düşən ümumi daxili məhsulun həcminin 50 faizinə çatmaq üçün gərək ən azı hər il ÜDM artımı 10-15 faiz olsun. Ona görə də bu artım yetərli deyil.

Axar.az xəbər verir ki, bu sözləri ƏHD Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.

“Ölkədə köklü islahatlar aparılmalıdır. İqtisadiyyatın əsas sahələri dövlətin nəzarətindən çıxarılmalı, güclü məhkəmə hakimiyyəti yaratmaqla mülkiyyət toxunulmazlığına təminat verilməli, əlverişli biznes mühiti yaradılmalıdır. Yəni ciddi islahatlara getmədən indiki artım tempi ilə, qeyd etdiyim kimi, bizim inkişaf etmiş ölkələrə nəinki çatmaq, hətta yaxınlaşmaq imkanlarımız belə mümkünsüzdür. Bu isə birbaşa insanların həyat şəraiti, yaşayışı, güclü ordu deməkdir. Sadəcə olaraq bunları bir daha sizlərin diqqətinə çatdırmaq istəyirəm və hökuməti böyük islahatlara başlamağa dəvət edirəm”, - o bildirib.

Tarix
2025.03.15 / 08:00
Müəllif
Axar.az
Digər xəbərlər

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla