Yuxarı

Bu şirkət Azərbaycandakı aktivlərindən 713 milyon qazandı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu şirkət Azərbaycandakı aktivlərindən 713 milyon qazandı

Norveçin “Equinor” neft-qaz şirkəti Azərbaycandakı neft-qaz aktivlərindəki səhmlərinin satışından 713 milyon ABŞ dolları əldə edib.

Axar.az Report-a istinadla xəbər verir ki, bu barədə şirkətin hesabatında qeyd olunub.

Məlumata görə, 2024-cü il noyabrın 29-da “Equinor” Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Hindistanın “ONGC Videsh Limited” (ONGC) şirkətləri ilə Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda 7,27 % qeyri-operator payının və Bakı-Tiflis-Ceyhan (BTC) neft kəmərini idarə edən “BTC Co” şirkətindəki 8,71 %-lik payının satışı üzrə sövdələşməni başa çatdırıb.

“Sövdələşmənin ümumi məbləği pul ifadəsində 713 milyon ABŞ dolları təşkil edib. 2024-cü ilin dördüncü rübündə “E&P International” seqmentində (neft kəşfiyyatı və hasilatı) 84 milyon ABŞ dolları dəyərində zərər qeydə alınıb. Daha əvvəl, 2023-cü ilin dördüncü rübündə isə aktivlərin satış məqsədli olması kimi təsnifləşdirilməsi ilə əlaqədar olaraq şirkət 331 milyon ABŞ dolları dəyərsizləşmə ilə üzləşdiyini etiraf edib”, - hesabatda deyilib.

Xatırladaq ki, ilkin olaraq şirkətin Azərbaycandakı aktivlərinin satışından 745 milyon ABŞ dolları əldə edəcəyi bildirilirdi.

Tarix
2025.03.20 / 18:27
Müəllif
Axar.az
Digər xəbərlər

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla