Ötən il Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların həcmi 7 milyard 46 milyon 217 min ABŞ dolları həcmində olub.
Axar.az Valyuta.az-a istinadən xəbər verir ki, bu barədə AMB məlumat yayıb.
Bildirilib ki, bu, öncəki illə müqayisədə 5.83% daha çoxdur. 2023-cü ildə bu rəqəm 6 milyard 658 milyon 68 min ABŞ dolları idi.
Azərbaycana birbaşa investisiya yatıran ölkələrin siyahısına 1 milyard 748 milyon 822 min ABŞ dolları ilə Birləşmiş Krallıq başçılıq edir.
Türkiyə 1 milyard 219 milyon 15 min ABŞ dolları ilə ikinci, Macarıstan isə 1 milyard 18 milyon 648 min ABŞ dolları ilə üçüncü yerdə qərarlaşıb.
İlk beşliyi isə Kipr və Birləşmiş Ərəb Əmirlikləri tamamlayıb. Bu ölkələr 2024-cü ildə Azərbaycan iqtisadiyyatına müvafiq olaraq 746 milyon 789 min ABŞ dolları və 490 milyon 156 min ABŞ dolları investisiya yatırıb.
Bütün ölkələrin siyahısı ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:
Dövlətlərin adı
|
Məbləğ min $
|
Birləşmiş Krallıq
|
1,748,822
|
Türkiyə
|
1,219,015
|
Macarıstan
|
1,018,648
|
Kipr
|
746,789
|
Birləşmiş Ərəb Əmirlikləri
|
490,156
|
İran İslam Respublikası
|
371,487
|
Yaponiya
|
241,482
|
Rusiya Federasiyası
|
234,312
|
Amerika Birləşmiş Ştatları
|
149,826
|
Norveç
|
136,737
|
Fransa
|
121,910
|
Almaniya
|
75,297
|
İsveçrə
|
64,396
|
Avstriya
|
50,359
|
Niderland
|
43,210
|
Hindistan
|
43,163
|
Gürcüstan
|
35,357
|
Lüksemburq
|
26,026
|
Latviya
|
24,411
|
Asiya İnkişaf Bankı
|
21,436
|
Beynəlxalq Maliyyə Korporasiyası
|
17,830
|
Çin
|
17,572
|
Qazaxıstan
|
14,800
|
Filippin
|
13,304
|
İspaniya
|
7,129
|
İtaliya
|
6,803
|
Qırğızıstan
|
6,407
|
Meksika
|
5,248
|
Polşa
|
4,329
|
Digər dövlətlər
|
89,961
|