Yuxarı

Onlar Maykrasoftu 5 milyard ziyana saldı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Onlar Maykrasoftu 5 milyard ziyana saldı

2013-cü ildə istifadəçilərin internetdə təhlükəsizliyə riayət etməməsi 5 milyard dollar itkiyə səbəb olub.

"Axar.az" Rabitə Nazirliyinin saytına istinadən xəbər verir ki, bu məlumat Maykrasoft korporasiyasının kompüter təhlükəsizliyi beynəlxalq indeksinin (MCSI) hesablamaları nəticəsində bəlli olub.

Hesabatda deyilir ki, bu məbləğə yalnız fişinq və internet fırıldaqçılığının digər formalarından maliyyə itkiləri daxildir. Məlumatda qeyd olunur ki, internetdə ziyandan zərərçəkmiş istifadəçilərin peşəkar reputasiyasının bərpasına təxminən 6 milyard dollar xərclənib. "theRunet" xəbər verir ki, hesabatda istifadəçilərin yalnız 36 faizinin sosial şəbəkələrdə özləri haqqında məlumatları məhdudlaşdırdığı və 33 faizinin məxfilik funksiyalarından istifadə etdiyi bildirilir. Daha 33 faiz isə qurğularını mobil qurğuların bağlanması üçün PIN-kod və parollar vasitəsilə blok edir. Koorporasiyanın nümayəndələri isə sosial şəbəkələrdə istifadəçilərə məxsus məlumatların məhdudlaşdırılması və kənar şəxslər üçün səhifənin bağlanmasını tövsiyə edir. Bundan başqa, ekspertlər istifadəçilərə mobil qurğular üçün PIN-koddan istifadə etməyi məsləhət görür.

Tarix
2014.02.21 / 01:56
Müəllif
Ümman Səfərov
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla