Yuxarı

DB Azərbaycanda bu layihəyə 173,5 milyon ayırdı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
DB Azərbaycanda bu layihəyə 173,5 milyon ayırdı

Dünya Bankı bu gün Azərbaycan Bərpaolunan Enerjinin Miqyasının Genişləndirilməsi Layihəsini (AZURE) təsdiq edib.

Axar.az xəbər verir ki, bu layihə Azərbaycanın elektrik ötürücü şəbəkəsini gücləndirəcək, ölkəyə öz enerji qarışığını şaxələndirmək imkanı verəcək və daha dayanıqlı, etibarlı elektrik şəbəkəsi vasitəsilə elektrik enerjisinə artan tələbatı ödəməyə kömək edəcək.

Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından (BYİB) 173,5 milyon dollar məbləğində kredit Azərbaycanın enerji infrastrukturunu genişləndirmək və müasirləşdirmək səylərini dəstəkləyəcək, bununla da, özəl sektorun Azərbaycanın böyük bərpaolunan enerji potensialına, xüsusən də quruda külək enerjisinə sərmayə qoyması üçün əlverişli şərait yaradacaq.

Azərbaycanın elektrik enerjisi ixracını genişləndirməyi nəzərdən keçirdiyi zamana təsadüf edən bu layihə ilkin mərhələdə 384 milyon dollar məbləğində özəl investisiyaların reallaşmasına kömək edəcək və bərpaolunan enerjiyə əlavə investisiyalar üçün yol açacaq.

“Bu layihə Azərbaycanda insanların və müəssisələrin arxalana biləcəyi etibarlı, sərfəli və dayanıqlı elektrik enerjisinin çatdırılmasına imkan verəcək. Elektrik şəbəkəsinin gücləndirilməsinə dəstək verməklə, biz Azərbaycanın enerji təhlükəsizliyi ilə bağlı uzunmüddətli baxışına nail olmaqda kömək edir, davamlı inkişaf və imkanlar üçün zəmin yaradırıq”, - Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Stefanie Stallmeister bildirib.

Layihə çərçivəsində investisiyalar yüksək bərpaolunan enerji potensialına malik ərazilərin tələbat mərkəzləri ilə əlaqələndirilməsinə yönələcək. Ötürmə qabiliyyətini artırmaq və etibarlılığı yüksəltməklə, layihə ev təsərrüfatlarının və müəssisələrin gələcək enerji ehtiyaclarını ödəyə biləcək daha möhkəm və çevik enerji sistemi yaradacaq. Bu, öz növbəsində, özəl investisiyaları cəlb etməyə, iqtisadi artımı dəstəkləməyə və iş yerləri yaratmağa kömək edəcək.

Layihə regionda bərpaolunan enerjinin inkişafını və ticarətini artırmaq məqsədilə Azərbaycanın “yaşıl enerji dəhlizi” yaratmaq baxışlarını dəstəkləmək üçün ilk addımdır.

Tarix
2025.03.28 / 14:29
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Azərbaycan İrana uçuşları dayandırıb?

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

Ermənilər sanitar qovşağı da aparmışdılar... - Prezident

İlham Əliyev müşavirə keçirdi - Foto

Kərkidən əvvəl bu ərazilər Azərbaycana təhvil veriləcək

İrəvanda hökumət binasında Azərbaycan bayrağı? - Foto

XIX əsrə qədər Qafqazda müstəqil erməni kilsəsi olmayıb

Nazir dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla