Yuxarı

Qərb və Bakı qaz ticarətini genişləndirir - Birgə bəyanat

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qərb və Bakı qaz ticarətini genişləndirir - Birgə bəyanat

Artıq dörd ildir uğurla fəaliyyət göstərən bu dəhliz vasitəsilə 2024-cü ildə Azərbaycanın ümumilikdə 25 milyard kubmetrdən çox təbii qaz ixrac edilib. Bunun təxminən 13 milyard kubmetri AB ölkələrinə yönəldilib.

Axar.az xəbər verir ki, bu bəyanat Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 11-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 3-cü iclasının yekunlarına dair keçirilən mətbuat konfransında səsləndirilib.

Energetika naziri Pərviz Şahbazov bildirib ki, bugünkü qlobal çağırışlar fonunda enerji təchizatının şaxələndirilməsi zəruridir.

"Təbii qaz enerji təhlükəsizliyinin əsas dayaqlarından biri olaraq qalır və bu sahəyə davamlı investisiyalar vacibdir. Eyni zamanda, yaşıl enerji interkonnektor layihələri Avropanın enerji təhlükəsizliyini gücləndirəcək və dayanıqlı enerjiyə keçidi sürətləndirəcək".

Avropa Komissiyasının üzvü Dan Jorgensen də qeyd edib ki, enerji təhlükəsizliyini artırmaq və Cənub-Şərqi Avropada təmiz enerjiyə keçidi dəstəkləmək məqsədilə tərəfdaşlarla birgə səylər davam etdirilir. O, tərəfdaş ölkələrin Cənub Qaz Dəhlizinin genişləndirilməsinə və yeni yaşıl enerji marşrutlarının yaradılmasına marağını qeyd edib.

Tarix
2025.04.04 / 18:22
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

DJ Tural izah etdi: Arzumun günahı yoxdur - Video

Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?

Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır

İlham Əliyev Trampı təbrik etdi

Azərbaycan ABŞ-ı təbrik etdi

ABŞ-dakı dostlarımızı ürəkdən təbrik edirik - Hacıyev

"Demokratiyaya dəstək": İrəvan savaşa hazırlanır?

Bakı-Tiflis-Qars dəmir yolu Çinə qədər uzanacaq?

Nümayəndə heyətimiz Pezeşkiana başsağlığı verdi - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla