Yuxarı

OPEK Vyanada toplanır: neftin taleyi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
OPEK Vyanada toplanır: neftin taleyi

Bu gün Vyanada OPEK-ə üzv ölkələrin növbəti görüşü baş tutacaq.

Axar.az xəbər verir ki, üzv ölkələr hasilatın azaldılması, bazarlarda qiymətlərin bərpasını müzakirə edəcək.

Neft ölkələrinin apreldə baş tutan görüşündə Səudiyyə Ərəbistanı və İran arasındakı fikir ayrılığına görə razılaşma əldə olunmayıb.

Adını açıqlamayan Səudiyyə rəsmiləri Ər-Riyadın OPEK ölkələri ilə artan problemlərini azaltmaq üçün əldə olunacaq hər hansı bir razılaşmanı nəzərdən keçirəcəyini bildirib.

"Səudiyyə Ərəbistanı hər kəsin düşündüyünün əksinə olaraq, əməkdaşlığa hazırdır", - İngiltərənin "Enerji Əspekt" şirkətinin baş analitiki Amrita Sen "Blumberq" agentliyinə deyib.

Bəzi analitiklər isə iddia edir ki, OPEK ictimaiyyətə və bazarlarda qiymətlərə müsbət təsir etməsi üçün formal da olsa, birlik nümayiş etdirəcək.

Qeyd edək ki, birjalarda neftin qiyməti 2014-cü ilin iyunundan etibarən ucuzlaşmağa başlayıb. Neftin ucuzlaşmasına başlıca səbəb kimi hasilatın çoxluğu göstərilir.

Tarix
2016.06.02 / 10:28
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Azərbaycana girişinə qadağa qoyulan Yıldırım saxlanıldı

Vatikana dəlillər təqdim olundu: Erməni mənbələrə istinad...

Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan

Azərbaycanda bu ölkənin səfirliyi açıla bilər

Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?

Azərbaycanın nüvə silahlarının ləğvi ilə bağlı mövqeyi...

Bu şəxslərin maaşları müəyyənləşdi

Azərbaycanla Vatikan arasında mühüm sənəd imzalandı

Dövlət müəssisələri ilə bağlı vacib qərar

İlham Əliyev Nuveyslə görüşü ilə bağlı video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla