Yuxarı

Neft kəskin ucuzlaşır: büdcəyə risk yaradır?

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Neft kəskin ucuzlaşır: büdcəyə risk yaradır?

Son günlər dünya bazarında neftin qiyməti aşağı düşsə də, bu, Azərbaycanın dövlət büdcəsinin icrasına ciddi risk yaratmır.

Axar.az xəbər verir ki, bunu Report-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili əmtəə birjalarında "qara qızıl"ın ucuzlaşması ilə bağlı büdcəyə yenidən baxılması ehtimalına münasibət bildirərkən deyib.

"Beynəlxalq analitiklərin proqnozlarına görə, ABŞ Prezidenti Donald Tramp gömrük tariflərini azaltsa, dünya iqtisadiyyatı resessiyadan yan keçəcək və bu il neftin 1 barrelinin qiyməti orta hesabla 62 ABŞ dolları olacaq, əks təqdirdə isə qiymət 50 ABŞ dollarına düşəcək. Azərbaycanda neftin büdcə qiyməti baza ssenari üzrə 70 ABŞ dolları olsa da, Maliyyə Nazirliyi pessimist ssenari, yəni qiymətin 60 ABŞ dollarına düşməsinin təsiri ilə bağlı da proqnoz verib. Qiymətin 10 ABŞ dolları aşağı düşməsi dövlət büdcəsinin gəlirlərini 0,8% və yaxud 340 milyon manat, Dövlət Neft Fondunun (ARDNF) gəlirlərini isə 14,5% və yaxud 2,1 milyard manat azalda bilər. Bu ilin I rübündə isə dövlət büdcəsində 1,6 milyard manatdan çox profisit olub. Odur ki, büdcənin icrası ilə bağlı ciddi risk görünmür. Üstəlik, ölkənin böyük valyuta ehtyatları var. Hesab edirəm ki, hadisələrin gedişatına uyğun olaraq tarazlayıcı və əlverişli iqtisadi siyasət icra ediləcək", - o qeyd edib.

Xatırladaq ki, aprelin 4-dən əmtəə birjalarında "Azəri Layt" markalı Azərbaycan neftinin 1 barreli büdcədə nəzərdə tutulan həddən aşağı satılır. Artıq qiymət 68 ABŞ dollarından aşağı düşüb.

Tarix
2025.04.09 / 16:55
Müəllif
Axar.az
Digər xəbərlər

"Quardian"dakı Azərbaycanla bağlı məqaləyə rəsmi reaksiya

Putin onları yola salan kimi bu ölkəyə getdi

Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir?

Qarabağda var-dövlət qazanan “generallar” həbs ediləcək

Putin İlham Əliyevə zəng etdi

Şahin Mustafayev Fərzanə Sadiqlə danışdı

Bakı İqlim Fəaliyyəti Həftəsi başladı

Paşinyanın erməni dilində çıxışı: Kreml bunu gözləmirdi

Hər kəs Trampın yeni saç düzümündən danışır - Foto

İsveç bu 18 yaşlı azərbaycanlıdan danışır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla