Yuxarı

4 bank üzrə kompensasiyaların son verilmə tarixləri…

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
4 bank üzrə kompensasiyaların son verilmə tarixləri…

LPO "Atabank" ASC və "Amrahbank" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların verilməsi və ya kompensasiya vəsaitləri ilə öhdəliklərinin əvəzləşdirilməsi 08 may 2025-ci il tarixdə, LPO “NBC Bank” ASC və “AGBank” ASC-də isə bu müddət 17 may 2025-ci tarixdə bitir. Həmin tarixdən sonra əmanətçilər tərəfindən müvafiq müraciətlər olmadığı təqdirdə məbləğ “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 82.1.8-ci maddəsinə əsasən sonuncu növbə üzrə təminatsız kreditor tələbi kimi qeydə alınacaq.

Axar.az xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.

Qeyd edilən müddət və tarixləri nəzərə alaraq LPO “Amrahbank”, “AGBank”, “Atabank” və “NBC Bank” ASC-lərdə bugünədək qorunan əmanətlər üzrə kompensasiya almayan şəxslərə onların vaxtında müraciət etməsini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlərlə birlikdə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 16 ünvanında yerləşən Əmanətlərin Sığortalanması Fonduna müraciət etmələri tövsiyə olunur.

Qeyd edək ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarı ilə "Atabank" ASC və "Amrahbank" ASC-nin, 12 may 2020-ci il tarixli qərarı ilə “NBC Bank” ASC və “AGBank” ASC-nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyaları ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2020-ci il tarixli qərarı ilə “Atabank” ASC və “Amrahbank” ASC, 14 may 2020-ci il tarixli qərarı ilə “NBC Bank” ASC və “AGBank” ASC müflis elan edilmiş və iflas proseduruna başlanılmış, həmin qərarla Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin edilib.

Eyni zamanda bildiririk ki, qorunan əmanətçilərə kompensasiyaların verilməsi barədə ilk bildiriş "Atabank" ASC və "Amrahbank" ASC üzrə 08 may 2020-ci il tarixdə, “NBC Bank” ASC və “AGBank” ASC üzrə isə 17 may 2020-ci il tarixdə KİV-də dərc edilib.

“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun (Qanun) 28.3-cü maddəsinə əsasən Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

Həmin Qanunun 28.4-cü maddəsində əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır.

Tarix
2025.04.09 / 17:28
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıya uçan təyyarə təcili eniş etdi

Jalə Bədirova "Yeni Klinika"da yüksək vəzifəyə təyin olundu

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

Kobaxidzedən Əliyevin Naxçıvanda verdiyi mesajlara reaksiya

Zelenski azərbaycanlı hərbçiləri təltif etdi

İran prezidenti ilə bağlı şok faktlar: Bunlardan məhrumdur!

Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasında...

İlham Əliyevin Naxçıvan səfəri: Strateji dönüş nöqtəsi...

Azərbaycan ABŞ-ın köməyinə ümid edir - Səfir

Prezidentin Naxçıvanda Heydər Əliyevlə bağlı sözləri - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla